Amerika

Müharibənin həlli heç vaxt olmadığı qədər yaxındır - Tramp

22 Oktyabr 2026 00:09
Baxış: 326
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ Prezidenti Donald Tramp Ukraynada müharibənin həllinə nail olmağın heç vaxt olmadığı qədər yaxın olduğunu bildirib.

Milli.Az Trend-ə istinadən bildirir ki,  o, bu barədə Ağ Evdə keçirilən dəyirmi masa müzakirəsi zamanı danışıb.

"Bu yaxınlarda Vladimir Putinlə onun Ukrayna ilə müharibəsinin həlli barədə danışdım. Biz bu həllə doğru irəliləyirik. Hazırda buna heç vaxt olmadığı qədər yaxınıq", - deyə Donald Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinin dayandırılması məqsədilə 2025-ci ildən etibarən Moskva və Kiyevlə bir sıra təmaslar və danışıqlar aparıb. 2025-ci ilin martında Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində ABŞ-ın Rusiya və Ukrayna nümayəndə heyətləri ilə ayrı-ayrılıqda keçirdiyi görüşlərdə Qara dənizdə təhlükəsiz gəmiçilik, enerji infrastrukturuna zərbələrin dayandırılması və müharibənin nizamlanması məsələləri müzakirə olunub.

2025-ci ilin avqustunda Tramp Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşüb, daha sonra Ağ Evdə Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə danışıqlar aparıb. Görüşlərdə sülh razılaşmasının əldə olunması, təhlükəsizlik təminatları və Putinlə Zelenski arasında birbaşa görüşün təşkili məsələləri diqqət mərkəzində olub.

2026-cı il oktyabrın 21-də isə ABŞ-ın xüsusi nümayəndəsi Stiv Uitkoff Sankt-Peterburqda Putinlə görüşərək danışıqların bərpası və müharibənin nizamlanması məsələlərini müzakirə edib. Görüşdən sonra Rusiya tərəfinin ABŞ vasitəçiliyi ilə Ukrayna ilə üçtərəfli danışıqları bərpa etməyə razılıq verdiyi bildirilib. Mümkün görüşlərin noyabrın 10-dan etibarən Əbu-Dabidə keçirilməsi nəzərdən keçirilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.