Amerika

Tramp: İran bizim şərtlərimizi qəbul etmir

20 Noyabr 2026 22:00
Baxış: 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

"Asiya-Sakit okean regionuna ən mühüm səfərimi həyata keçirdim. Çoxsaylı razılaşmalar əldə etdik və məqsədimiz təhlükəsizlik və sülhü təmin etməkdir".

Milli xəbər verir ki, bu sözləri Çin səfəri ilə bağlı mətbuata açıqlaması zamanı ABŞ prezidenti Donald Tramp deyib.

Yaxın dövrdə yanacağın qiymətləri daha sürətlə ucuzlaşmaqda davam edəcəyini vurğulayan Tramp yanacağın qiymətlərinin İranla məsələləri necə həll edəcəklərindən asılı olduğunu bildirib.

"İranla saxta deyil, həqiqi razılaşma əldə etmək istəyirik. İran razılaşma əldə etməyə çalışır, lakin bizim şərtlərimizi qəbul etmir", - Tramp deyib.

Çin lideri ilə süni intellekt istifadəsinə dair ortaq qaydalar müəyyənləşdirmək barədə razılığa gəldiyini deyən Tramp sözlərinə belə davam edib:

"Superintellekt sahəsində Çini qabaqlayırıq. Bu yarışda qalib gələn hər şeyə sahib olacaq", - ABŞ lideri bildirib.

Tramp eyni zamanda ABŞ-dən kənarda məlumat mərkəzləri qurmağa çalışan ABŞ şirkətlərinə qarşı ciddi sanksiyalar tətbiq edəcəklərini bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.