Şou-biznes

Anar Ağakişiyevin eşitmə və danışma məhdudiyyətli gəlinlə bağlı paylaşımı maraqla qarşılandı - (Video)

20 Noyabr 2026 19:50
Baxış: 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Məşhur stilist və vizajist Anar Ağakişiyev sosial şəbəkə hesabında eşitmə və danışma məhdudiyyətli bir gəlinlə işini paylaşaraq izləyicilərinə müraciət edib. 

Milli.Az xəbər verir ki, stilist paylaşımında gəlinin özəl vəziyyətini vurğulayaraq izləyicilərdən şərhlərdə anlayışlı olmağı xahiş edib:   "Bugünkü gözəl gəlinim eşitmir və danışmır. Xahiş edirəm, şərhlərdə həssas və hörmətli olaq. Makiyaj və saç düzümü haqqında fikirləriniz mənim üçün maraqlıdır!"   

Anar Ağakişiyevin bu həssas yanaşması və paylaşımı sosial media istifadəçiləri tərəfindən böyük rəğbətlə qarşılanıb, qısa zamanda çoxsaylı bəyənmə və xoş şərhlər toplayıb.   

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.