Maraqlı

Milyarderlərin süfrəsinə qətiyyən qoyulmayan qidalar açıqlandı

21 Noyabr 2026 02:02
Baxış: 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünyanın ən zəngin insanlarının malikanə və yaxtalarında çalışan özəl aşpaz milyarderlərin qidalanma sirlərini və mətbəxlərinə buraxmadıqları məhsulları açıqlayıb. Onun sözlərinə görə, iş adamları enerjilərini və zehni performanslarını yüksək saxlamaq üçün bir çox insanın gündəlik istifadə etdiyi bəzi qidalardan tamamilə imtina ediblər.

Milli.Az xəbər verir ki, mətbəxdə ən sərt qayda qablaşdırılmış məhsullara, sənaye souslarına və ağ şəkərə qoyulan qadağadır. Qan şəkərinin qəfil dəyişməsindən və diqqət dağınıqlığından qaçmaq üçün şirniyyat ehtiyacı yalnız orqanik meyvələr və xam bal kimi təbii məhsullarla ödənilir.

Həzmi çətinləşdirən və orqanizmdə iltihaba səbəb olan ağ çörək, xəmir xörəkləri və bol yağda qızardılmış yeməklər süfrədən çıxarılıb. Bunların əvəzinə qarabaşaq, kinoa, cücərdilmiş taxıllar, soyuq sıxım zeytun yağı və buxarda bişmiş tərəvəzlərə üstünlük verilir.

İstənilən məhsulu dünyanın o başından gətirtmək imkanları olsa da, milyarderlər istixana şəraitində yetişdirilən və mövsümünə uyğun olmayan heç bir meyvə-tərəvəzi qəbul etmirlər. Onların mətbəxində yalnız həmin mövsümə aid, yerli fermalardan gündəlik gətirilən təzə və pestisidsiz məhsullardan istifadə olunur.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.