Şou-biznes

“Verilişlərimizi bağladınız, tənqid olunan şeylər yenə efirdədir" - Zaur Baxşəliyev

21 Noyabr 2026 00:45
Baxış: 62
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Aparıcı Zaur Baxşəliyev həmkarı Elgiz Əkbərin verilişlərlə bağlı fikirlərinə dəstək olub.

Milli.Az xəbər verir ki, bu barədə o, sosial şəbəkədə açdığı canlı yayımda danışıb:

"Hansı yenilik var? Tənqid olunan şeylərin hamısı yenə gedir efirə. Elgiz düz deyir. Nə desin? Nə var? Hansı kanalda yenilik var? Pul alırlar, maliyyələşirlər, ortada yeni heç nə yoxdur.

Biləcəridən o tərəfə heç bir verilişimizə baxılmır. Yaxşı, lap bizim verilişlərimizi bağladınız. Bəs hanı? Kimə baxırlar? Hansı veriliş populyardır, hansı proqram dünyaya çıxır? Ona görə də indi hamı sosial şəbəkədədir. İnşallah, tezliklə həll olunar".

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.