Dünya

Səhiyyə naziri həmkarının ürəyini əməliyyat etdi - Qırğızıstanda

21 Noyabr 2026 10:17
Baxış: 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Qırğızıstanın səhiyyə naziri Damir Osmonov həmkarının ürəyində əməliyyat apardığını bildirib.

Milli.Az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Səhiyyə nazirinin sözlərinə görə, tibbi müdaxilə infarktın qarşısını almağa imkan verib.

"Stent qoyduq. İnfarktın qarşısını ala bildik", - o qeyd edib.

Bununla belə, nazir pasiyentin adını açıqlamayıb.

D.Osmonov fəaliyyətdə olan kardioloqdur. Nazir təyin olunmazdan əvvəl o, bir neçə il ərzində Türkiyə, Qazaxıstan və Qırğızıstanda ürək-damar xəstəliklərinin müalicəsi ilə məşğul olub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.