Dünya

Hörmüz boğazında ABŞ PUA-sı məhv edildi

21 Noyabr 2026 11:25
Baxış: 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İran ABŞ-yə məxsus pilotsuz uçuş aparatını (PUA) məhv etdiyini açıqlayıb.

Milli.Az xəbər verir ki, İran İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, ABŞ ordusuna məxsus "MQ-9" tipli PUA Hörmüz boğazı üzərində vurulub.

Bildirilib ki, pilotsuz uçuş aparatı İranın yeni nəsil hava hücumundan müdafiə sistemi tərəfindən aşkar edildikdən sonra məhv edilib.

İran tərəfinin açıqlamasında bu hadisənin həmin tipli ABŞ PUA-larının vurulması ilə bağlı sayca 58-ci hal olduğu qeyd edilib.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.