Siyasət

Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik - Vyetnam Prezidenti

21 Noyabr 2026 11:44
Baxış: 130

Biz Azərbaycandakı vəziyyəti hər zaman yaxından izləmişik. Mükəmməl rəhbərliyinizlə Azərbaycanın əldə etdiyi mühüm nailiyyətlər münasibətilə Sizi təbrik etmək istərdim.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu sözləri Vyetnam Prezidenti To Lam Azərbaycan Prezidenti İlham Əliyevlə geniş tərkibdə görüşdə deyib.

O, həmçinin bildirib: "Son illərdə Azərbaycanın ümumi daxili məhsulu artmaqda davam edir. Əhalinin həyat səviyyəsi daim yaxşılaşır və Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi davamlı olaraq güclənib. Biz Azərbaycanı regionda daimi olaraq mühüm strateji tərəfdaş kimi qəbul etmişik".

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.