Şou-biznes

Bəxtiyar Əliyev Rusiyanın məşhur musiqi layihəsində

22 Noyabr 2026 18:41
Baxış: 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Azərbaycan əsilli müğənni Bahh Tee (Bəxtiyar Əliyev) Rusiyada yenidən yayımlanacaq "Ulduzlar fabriki" layihəsinin komandasına qoşulub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sənətçi "Lotus Media" teleqram kanalına açıqlamasında bildirib.

Bahh Tee layihənin seçim mərhələsində iştirak etdiyini və ümumilikdə 24 ifaçının seçildiyini açıqlayıb. Müğənni onlardan üçünə şəxsən mentorluq edəcək:

"Hələlik üç nəfər seçmişəm: bir oğlan və iki qız. Bəlkə də onlardan biri sonradan mənim bek-vokalçım olar. Zarafat edirəm, istəyirəm ki, onlar ulduz olsunlar".

Qeyd edək ki, Bahh Tee 2010-cu illərdə "Любви достойна только мама" və "10 лет спустя" mahnıları ilə məşhurlaşıb. O, karyerası ərzində "Руки Вверх!", HammAli & Navai, Emin, Oleq Qazmanov, Ciqan və digər tanınmış ifaçılarla əməkdaşlıq edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.