Dünya

Gürcüstan surroqat analığı qadağan edir

22 Noyabr 2026 15:50
Baxış: 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası ölkədə surroqat analığı qadağan etmək qərarına gəlib. 

Milli.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə parlament çoxluğunun lideri İrakli Kirtsxaliya parlament çoxluğunun iclasından sonra keçirdiyi brifinqdə bildirib.

O deyib ki, tezliklə müvafiq qanun layihəsi parlamentə təqdim olunacaq və bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə aktiv kommunikasiya aparılır.

"Biz bu məsələ ilə bağlı Gürcüstan Patriarxlığı ilə fəal şəkildə kommunikasiya aparırıq və tezliklə parlamentdə müvafiq qanun layihəsi təqdim olunacaq", - Kirtsxaliya deyib.

Onun sözlərinə görə, bu qərar surroqat analıqla bağlı əhəmiyyətli etik və hüquqi risklər, xüsusən də insan alveri, qadınların potensial istismarı və uşaq hüquqlarının qorunması baxımından qəbul edilib.

2023-cü ildə Gürcüstan hakimiyyəti artıq bu sahədə məhdudiyyətləri müzakirə edərək xarici vətəndaşlar üçün bu cür xidmətləri qadağan etmək niyyətində idi, lakin indi ölkədə surroqat analığa tamamilə qadağa qoyulub.

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.