Hadisə

Astarada 3 nəfər 10 kiloqramdan çox narkotiklə saxlanıldı

23 Noyabr 2026 10:18
Baxış: 162
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Astarada polis sərhədçilərlə birlikdə narkotiklərin qanunsuz dövriyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Tədbir zamanı A.Əhədov, E.Taleh və əvvəllər məhkum olunmuş E. Babazadə saxlanılıblar.

Milli.Az xəbər verir ki, həmin şəxslərdən 10 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.  Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Hər üç şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.