İdman

"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu

23 Noyabr 2026 13:14
Baxış: 88
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakıda "Sabah" və İspaniyanın "Barselona" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının oyununun hakimləri müəyyənləşib.

Milli.Az xəbər verir ki, Liqa mərhələsinin V turunun qarşılaşması Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşü FIFA referisi Nikolas Uolş idarə edəcək. Ona həmyerliləri Frensis Konnor və Deniel Makfarleyn köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

VAR-da Endryu Dallas, AVAR-da Stiven Maklin əyləşəcəklər.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.