İdman

Gimnastlarımız Özbəkistanda keçirilən beynəlxalq turnirdə 10 medal qazanıblar - (Foto)

22 Noyabr 2026 20:17
Baxış: 98
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

16-22 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən "Velvet Road" beynəlxalq turnirində iştirak edən Azərbaycan gimnastları uğurlu nəticələrə imza atıblar.

Bu barədə Milli.Az-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

İdman gimnastikası üzrə təmsilçilərimiz turnirdə ümumilikdə 3 qızıl, 3 gümüş və 4 bürünc medal əldə ediblər.

Kişi idman gimnastikası üzrə yarışlarda Rəsul Əhmədzadə dəstəli atda gümüş medalın sahibi olub.

Qadın idman gimnastikası üzrə yarışlarda isə gimnastlarımız həm fərdi, həm də komanda hesabında fərqləniblər. Dəniz Əliyeva, Nazənin Teymurova və Aynaz Məcidzadədən ibarət komandamız çoxnövçülük üzrə qızıl medal qazanıb.

Fərdi çoxnövçülük proqramında Dəniz Əliyeva fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib, Nazənin Teymurova isə bürünc medala layiq görülüb. Gənclər arasında çoxnövçülük yarışında Lalə Zamanlı gümüş medal əldə edib.

Ayrı-ayrı alətlər üzrə final mərhələlərində də gimnastlarımız uğurlu çıxışlarını davam etdiriblər. Dəniz Əliyeva müxtəlif hündürlüklü qollarda qızıl, dayaqlı tullanmada isə bürünc medal qazanıb. Nazənin Teymurova dayaqlı tullanmada ikinci, müxtəlif hündürlüklü qollarda üçüncü yeri tutub.

Gənclər arasında müxtəlif hündürlüklü qollarda çıxış edən Leyla Məmmədzadə də bürünc medala sahib olub.

Beləliklə, Azərbaycan gimnastları "Velvet Road" beynəlxalq turnirini 10 medalla başa vuraraq ölkəmizi layiqincə təmsil ediblər.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.