Hadisə

Azərbaycanda 37 yaşlı arvadını döyən 22 yaşlı kişi həbs olundu

22 Noyabr 2026 19:09
Baxış: 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Ağcabədidə kişi arvadını döyüb.

Milli.Az modern.az-a istinadən xəbər verir ki, 22 yaşlı Səxavət Bağırov (şərti adla) yaşadıqları evdə arvadı 37 yaşlı Nuranə Bağırovanı (şərti adla) üz və baş nahiyələrinə vuraraq döyüb. Zərərçəkənin şikayəti əsasında o saxlanılaraq, barəsində müvafiq maddə ilə protokol tərtib olunub.

Bağırovun sözlərinə görə, evə gəlib anası ilə Nuranənin mübahisə etdiklərini görüb. Sonra uşağı qucağına almaq istəyəndə arvadı etiraz edib və özü uşağı qucağına götürüb. Bu zaman Səxavət içkili olduğu üçün Nuranənin üzünə sillə ilə ard-arda zərbələr vurub. Onun sözlərinə görə, ola bilsin ki, başı ilə qadının başına da xəsarət yetirib. O, əməlini etiraf edərək, yekun qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Zərərçəkən N. Bağırovanın sözlərinə görə isə dəfələrlə əri onu döydüyü üçün Səxavətdən şikayət edib. Son hadisədən bir gün əvvəl Səxavətin anası ilə mübahisə ediblər. Növbəti gün isə Səxavətlə münasibətləri gərginləşib. Mübahisə zamanı qucağında uşaq olsa da, əri onu döyüb. Hətta yerə yıxaraq, boynuna da xəsarətlər yetirib. Zərərçəkən bildirib ki, həmin hadisədən sonra Ağdama gedərək valideynlərinin yanında yaşayıb. O, ilkin izahatında Səxavət Bağırovla bağlı tədbir görülməsini istəyib.

Lakin sonradan ər-arvad ikisi də məhkəməyə ərizə ilə müraciət edərək, artıq bir yerdə yaşadıqlarını və barışdıqlarını bildiriblər. Zərərçəkənin şikayəti əsasında S. Bağırov barəsində protokol tərtib edən orqanın nümayəndəsinin sözlərinə görə, bu il ərzində Bağırovlar ailəsində 3-cü dəfədir ki, ər arvadını döyür. Hər dəfə onları barışdırmağa nail olsalar da, sonuncu dəfə mümkün olmayıb.Məhkəmənin qərarı ilə S. Bağırov 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.