Kolleclərə yeni təyinatlar olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Jalə Məmmədova Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin, Kəmalə Əliyeva isə Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Milli.Az xəbər verir ki, Jalə Məmmədova Azərbaycan Dövlət Pedaqoji Universitetində SABAH qrupları layihəsi çərçivəsində "Riyaziyyat və informatika müəllimliyi" ixtisası üzrə bakalavr təhsili alıb. Hazırda ADA Universitetində "Təhsil üzrə menecment" ixtisası üzrə magistratura təhsilini davam etdirir. O, 2022-2023-cü illərdə ADA Universitetinin "Bir müəllimin Manifesti" Peşəkar İnkişaf Proqramında iştirak edib.
Əmək fəaliyyətinə 2021-ci ildən Laçın rayon Vəliuşaqlı kənd tam orta ümumtəhsil məktəbində riyaziyyat müəllimi kimi başlayıb. 2023-2024-cü illərdə Bərdə STEAM Mərkəzində Bərdə rayonu üzrə koordinator vəzifəsində çalışıb.
Kəmalə Əliyeva Bakı Dövlət Universitetində "Riyaziyyat" ixtisası üzrə bakalavr, ADA Universitetində "Təlimin və tədrisin təşkili və metodikası" ixtisaslaşması üzrə magistratura təhsilini başa vurub.
1995-2011-ci illərdə Salyan şəhər Y. Qafarov adına 8 nömrəli tam orta məktəbdə riyaziyyat müəllimi kimi çalışıb. 2012-2026-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Sənaye və Texnologiya Kollecində müəllim, Əyani şöbə müdiri, daha sonra isə Keyfiyyət təminatı şöbəsinin müdiri vəzifələrində fəaliyyət göstərib.
Peşəkar fəaliyyəti ərzində müxtəlif yerli və beynəlxalq təlim proqramlarında və konfranslarda iştirak edib. Həmçinin, orta ixtisas təhsili sahəsi üzrə bir sıra tədqiqat işlərinin müəllifidir.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Kolleclərə yeni təyinatlar olub
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Antonio Tayanini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Kolleclərə yeni təyinatlar olub
-
Tovuzda avtomobil körpüdən aşdı - Yaralılar var
-
Ayın 24-də 20 dərəcə isti olacaq - Proqnoz
-
Məşhur gürcü qanuni oğru Moskvada saxlanıldı
-
Bazarlarda gizli satılan balıq - Qiyməti və ovlanması ilə bağlı açıqlama
-
Azad edilmiş ərazilərdə 16 tank əleyhinə mina aşkarlandı
-
Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?
-
Prezident İlham Əliyev İtaliya Nazirlər Şurası Sədrinin müavinini qəbul edib - (Foto)
-
Əlilliyi olan şəxslərlə bağlı yeni qərar - Tələb ləğv edildi
-
Azərbaycanda yeni orfoqrafiya lüğəti hazırlanır: Hansı sözlərin yazılışı dəyişəcək?
-
Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?
-
Simeone La Liqada tarixi rekorda imza atdı
-
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edib - (Yenilənib)
-
Şəhriyar Əbilov: "Bu, nə idi yaşadığım? Nur içində yat"
-
Bakıda hoteldə 46 yaşlı kişi öldü
-
Sılanın əzələli görünüşü diqqət çəkdi - (Video)
-
Qəzetlərə çap üçün aylıq 5 000 manat, saytlarına isə 3 000 manat dəstək veriləcək
-
Bakıda pirotexniki vasitələr aşkar edildi
-
“Heç kimin insanların həyatını təhlükəyə atmağa haqqı yoxdur”
-
Nəfəs Pünhanla yayılan videosuna açıqlama verdi
-
“Diqlas”ın yerində "Mall" tikilir - (Foto)
-
Faiq Məmmədov qəfil vəfat etdi
-
Bakıda söküntü zamanı faciə: 30 yaşlı kişi 3-cü mərtəbədən yıxılıb öldü





