İdman

"Barselona" "Vilyarreal"ı məğlub edib

22 Noyabr 2026 21:21
Baxış: 101
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İspaniya La Liqasının XV turunda "Barselona" doğma meydanda "Vilyarreal"ı 3:2 hesabı ilə məğlub edib.

Milli.Az xəbər verir ki, görüşdə hesabı 5-ci dəqiqədə qonaqların futbolçusu Tayron Byukenan açıb. Tani Oluvaseyi 7-ci dəqiqədə fərqi iki topa çatdırıb.

"Barselona" Lamin Yamalın 23-cü dəqiqədə penaltidən yararlana bilməməsinə baxmayaraq, fasilədən sonra hesabı dəyişməyi bacarıb.

Jerar Martin 57-ci dəqiqədə fərqi azaldıb, Fermin Lopes 61-ci dəqiqədə bərabərliyi təmin edib. 67-ci dəqiqədə isə "Vilyarreal"ın futbolçusu Pau Navarro avtoqol müəllifi olub.

Əlavə olunmuş vaxtda Pau Navarro ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Bu qələbədən sonra xallarını 36-ya çatdıran "Barselona" turnir cədvəlinə başçılıq edir. "Vilyarreal" isə 15 xalla 9-cu pillədə qərarlaşıb.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.