Türkiyə

İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)

23 Noyabr 2026 14:17
Baxış: 122
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin İstanbul şəhərində küçədə şir görünməsi sakinlər arasında narahatlığa səbəb olub. Hazırda heyvanın tutulması üçün xüsusi əməliyyat keçirilir.

Milli.Az xəbər verir ki, hadisə İstanbulun Sarıyer rayonunun Üskümrüköy məhəlləsində baş verib.

Məlumata görə, şir noyabrın 22-də axşam saatlarında ərazidəki təhlükəsizlik kameralarına düşüb. Hadisədən sonra polis, jandarma və digər aidiyyəti qurumların əməkdaşları axtarışa başlayıblar.

İstanbul Valiliyi heyvanın yerinin müəyyən edildiyini və onun diri tutulması üçün tədbirlərin görüldüyünü açıqlayıb.

Şirin axtarışında istilik kameraları ilə təchiz olunmuş dronlardan da istifadə edildiyi bildirilir. Əməliyyata Milli Parklar İdarəsinin mütəxəssisləri və baytarlar da cəlb olunub. Heyvanın sakitləşdirici vasitə ilə zərərsizləşdirilərək tutulması planlaşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.