Hadisə

İcarəyə götürdüyü “Toyota”nı söküb hissələrini satdı - Saxlanıldı

23 Noyabr 2026 15:32
Baxış: 161
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İcarəyə götürdüyü maşını sökərək ehtiyat hissələrini satan şəxs saxlanılıb.

Bu barədə Milli.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonunda oğurluq hadisəsi qeydə alınıb. Zərərçəkən "Toyota" markalı avtomobilini icarəyə verdiyini, daha sonra təhvil aldıqda 2000 manat dəyərində ehtiyat hissələrinin sökülərək oğurlandığını bildirib.

Polis tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədov müəyyən olunaraq saxlanılıb. Onun taladığı ehtiyat hissələrini satdığı məlum olub.

Araşdırma aparılır.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.