Bu şəxslər hərbi toplanışlara da çağırılmayacaq – Qanun təsdiqləndi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ədliyyə Nazirliyinin tibb xidmətində çalışanlar hərbi çağırışdan azad edilir.
Prezident İlham Əliyev bununla bağlı qanunu təsdiqləyib. Sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib.
Dəyişikliyə əsasən, Silahlı Qüvvələrin ehtiyatında olan vətəndaşlar tibb xidmətində vəzifəyə təyin olunduqdan sonra onlara mövcud hərbi rütbələrinə uyğun müvafiq xüsusi rütbələr veriləcək.
Ehtiyatda olan zabitlər tibb xidmətində vəzifəyə təyin olunduqda ilk xüsusi rütbə onlara hərbi rütbələri üçün müəyyən edilən müddət başa çatdığı təqdirdə bir pillə yüksək verilə biləcək.
Tibb xidmətinin əməkdaşları qulluq etdikləri müddətdə hərbi çağırışdan və hərbi toplanışdan azad olunacaqlar. Tibb xidmətinə qəbul edilmiş əməkdaşlar hərbi qeydiyyatdan çıxarılacaq və Ədliyyə Nazirliyində xüsusi qeydiyyata götürüləcəklər.
Qanuna əsasən, tibb xidmətinin hərbi qulluqçuları penitensiar xidmətin müalicə müəssisələrinin tibb xidmətlərində, müəssisələrin penitensiar tibb-sanitar hissələrində, habelə penitensiar müəssisələrin mühafizəsi və penitensiar müəssisələrdə saxlanılan şəxslərin müşayiəti üçün təşkil edilmiş penitensiar xidmətin xüsusi bölmələrində fəaliyyət göstərən tibb-sanitar hissələrində xidmət keçəcəklər.
Tibb xidmətinin hərbi qulluqçularının xidmət keçmə qaydaları "Hərbi vəzifə və hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" Qanunlar, "Hərbi xidmətkeçmə haqqında" Əsasnamə, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam Nizamnaməsi" və digər normativ hüquqi aktlarla tənzimlənəcək.
Həmçinin Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin məhkəmə ekspertizası idarəsində qulluq keçən xüsusi rütbəsi olan ədliyyə işçiləri, habelə dövlət icra məmurları xüsusi geyim forması ilə təmin olunacaqlar.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Bu şəxslər əagər çağırılmayacaq – Qanun təsdiqləndi
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
XƏBƏR LENTİ
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
-
Bu şəxslər əagər çağırılmayacaq – Qanun təsdiqləndi
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
“Liverpul” Premyer Liqada tarixi göstəriciyə imza atdı
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Ada Süleymanova ilə qəzada ölən Anar məşhur iş adamının oğludur
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixədək müzakirə olunacaq
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir
-
"Sabah" - "Barselona" oyununun hakimləri bəlli oldu





