Cəmiyyət

Alimentin məbləği bu hallarda azaldıla bilər - Açıqlandı

23 Noyabr 2026 15:20
Baxış: 119
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Uşaqların saxlanılması üçün ödənilən alimentin məbləği müəyyən hallarda azaldıla bilər.

Milli.Az xəbər verir ki, Ailə Məcəlləsinə əsasən, alimentin məbləği tərəflərin ailə və maddi vəziyyəti, eləcə də digər diqqətəlayiq hallar nəzərə alınmaqla məhkəmə tərəfindən azaldıla bilər.

Bunun üçün aliment ödəyən şəxsin ailə və maddi vəziyyətinin ağır olması, xəstəliyi və ya vəziyyətini çətinləşdirən digər hallar sübuta yetirilməlidir.

Alimentin azaldılmasını istəyən şəxs ilk növbədə mediasiya təşkilatına müraciət etməlidir. Mediasiya zamanı razılıq əldə olunmazsa, aliment ödəyən şəxs tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

Müəllif: Mina Mikayılova 

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.