Qurban Qurbanov 900-cü oyununu keçirdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Misli Premyer Liqasının XII turu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üçün əlamətdar olub.
Milli.Az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Kəpəz"lə görüş təcrübəli mütəxəssisin baş məşqçi karyerasında ümumilikdə 900-cü, "Qarabağ"da isə 850-ci oyun kimi tarixə düşüb. O, indiki klubundan başqa "Neftçi"də 38, Azərbaycan millisində 12 matçda iş başında olub.
Qurbanovun karyerasındakı 900 görüşdən 598-i Premyer Liqada, 88-i ölkə kubokunda, 202-si avrokuboklarda baş tutub. Millidəki 12 qarşılaşma da nəzərə alınmaqla, onun komandaları 520 qələbə qazanıb, 208 heç-heçə edib və 172 dəfə uduzub.
"Qarabağ"dakı 850 qarşılaşmadan 570-i Premyer Liqa, 80-i kubok, 200-ü qitə kuboklarına təsadüf edib. Bu matçlarda 491 qələbə, 197 heç-heçə və 162 məğlubiyyət qeydə alınıb.
Qeyd edək ki, iki turdan sonra Premyer Liqada 600-cü matçına çıxacaq mütəxəssisin həm karyerasında, həm də indiki klubunda debütü də bu turnirə təsadüf edib. 2006-cı il avqustun 6-da "Neftçi"nin "sükanı arxası"nda "Gənclərbirliyi" ilə ev qarşılaşmasında (6:1) debüt edən Qurbanov 2008-ci il avqustun 9-da "Bakılı" ilə səfər matçında (2:1) "Qarabağ"ı ilk sınağa çıxarıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
İcarəyə götürdüyü “Toyota”nı söküb hissələrini satdı - Saxlanıldı
-
Qurban Qurbanov 900-cü oyununu keçirdi
-
Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün siyasi reallığı və gələcəyin hədəfləri
-
Alimentin məbləği bu hallarda azaldıla bilər - Açıqlandı
-
Elgiz Əkbər: "1 qəpik pulun yoxdur, acından günorta durursan" (Video)
-
Qəzada ölən "Metak"ın rəhbərinin oğlu deyil (Yenilənib)
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
-
Bu şəxslər əsgər çağırılmayacaq - Qanun təsdiqləndi
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
“Liverpul” Premyer Liqada tarixi göstəriciyə imza atdı
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixədək müzakirə olunacaq
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”





