“Babası lütün biri olub, indi onun adına pul yazdırır”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Son vaxtlar korrupsiyaya qarşı cənab Prezident tərəfindən aparılan mübarizə nəticəsində ayrı-ayrı məmurların məsuliyyətə cəlb olunması və onların qeyri-qanuni korrupsion yollarla əldə etdiyi vəsaitlərin ailə üzvlərinin, qohum-əqrabasının, ətrafının adına yazdırılması və nəticə etibarilə özünün heç nəyi olmaması, hətta yaşayış evinin belə olmaması, kirayə yaşaması kimi hallarına rast gəlirik".
Milli.Az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Maraqlar toqquşması haqqında" qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.
"Bu da o insanlarda bir ikrah hissi doğurur və hesab edirəm ki, burada düzgün olaraq bəyannamə qabaqcadan elan olunmalıdır. Bir çox hallarda çoxu göstərir ki, keçmişdən ona babasından vəsaitlər qalıb. Əslində yoxlasan, babası lütün biri olub. İndi bunun adına gətirib hər hansı bir ad yazdırır ki, onun vəsaiti hesabınadır. Mən hesab edirəm ki, bəyannamə bunun hamısını açıq şəkildə göstərəcək.
İkincisi, bu qanun layihəsi ədalətsiz sahibkarlığın qarşısını alacaq. Bu gün ədalətsiz sahibkarlıqla məşğul olan həmin insanlar kifayət qədər oğurladığı pulları bu və ya digər dərəcədə ticarət, tikinti, fermer və digər sahələrə qoymaqla kiçik və orta sahibkarlığın belini qırır. Kiçik və orta sahibkarlıqla məşğul olan vətəndaş gedib bankdan 23-24 faizə kredit götürüb bu işi görmək istəyəndə bu, külli miqdarda vəsaiti tökür, dəyərinə-dəyməzinə işlərini görür və ya da elədiyi məhsulu da dəyərinə-dəyməzinə satır. Çünki pul havayıdır və bu havayı pulun nəticəsində bunu əldə edir.
Minlərlə insan kənd yerlərində onların hesabına, demək olar ki, hər hansı bir bizneslə məşğul olmaqdan kənarda qalır. Mən hesab edirəm ki, biz bu qanunu qəbul etməklə bu qarşılıqlı rəqabəti də ortadan qaldırmalı olacağıq.
Üçüncü bir məsələ, məmur və digər tərəf... Biz burada hər iki tərəfi də nəzərdə almalıyıq. Məmura rüşvəti təklif eləyən də var axı. Məmura əgər rüşvət təklif eləməsələr, məmur rüşvəti haradan ala bilər? Təklif eləyən tərəfi də qınamalıyıq, düzgün yolu göstərməliyik ki, hər bir fərasətsiz, təhsili olmayan, zəif təhsilli övladını bu və ya digər dərəcədə şirnikləndirməklə və yaxud hədiyyələrlə, digər vasitələrlə işə cəlb etmək olmaz. Bu, dövlətə də ziyandır", - deyə komitə sədri qeyd edib.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
-
“Babası lütün biri olub, indi onun adına pul yazdırır”
-
Sabah Bakı metrosunun iş vaxtı uzadılacaq
-
“37 ildir çörək yemirəm, 89 yaşım var"
-
Vəzifəli şəxslərin gəlirləri, biznesi və hədiyyələri yoxlanılacaq
-
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
XƏBƏR LENTİ
-
Hacı Nihat Əliyev vəfat etdi
-
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
-
Poçettinodan “Mançester Yunayted”də sərt qərar
-
“Babası lütün biri olub, indi onun adına pul yazdırır”
-
Cəlilabadda iki VAZ toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakı metrosunun iş vaxtı uzadılacaq
-
İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi
-
“37 ildir çörək yemirəm, 89 yaşım var"
-
Merve Boluğuru “Mukaddes Yenge”yə bənzətdilər – (Foto)
-
Vəzifəli şəxslərin gəlirləri, biznesi və hədiyyələri yoxlanılacaq
-
Kobaxidzedən Ermənistanın yeni konstitusiya layihəsinə münasibət
-
Bakıda ilk dəfə “Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfləri Sever 3” filmini CineMastercard-da təqdim edəcək (Video)
-
Safurə dəbdəbəli evindən görüntülər paylaşdı – (Foto)
-
Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - (Video)
-
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - (Video)
-
Bir gecədə 34 milyard dollar qazandı - Dünyanın ən varlıları sırasında
-
Saxta pulların üzərindəki bu yazını gizlədirlər - İnsanları belə aldadırlar
-
Ayın 25-də yağış intensivləşəcək, qar yağacaq - Proqnoz ar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr bəlli oldu
-
3-cü sinif şagirdi vəfat etdi - (Foto)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
-
Prezident İlham Əliyev: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib





