İdman

Emre Mor futboldan uzaqlaşır: "Ağır qərara gəldim"

24 Noyabr 2026 10:42
Baxış: 113
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyə millisinin sabiq futbolçusu Emre Mor peşəkar karyerasını müvəqqəti olaraq dayandırmaq qərarı verib.

Milli.Az xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin son klubu olan Niderlandın NEK (Neymegen) komandası rəsmi məlumat yayıb.

Bildirilib ki, yay transfer pəncərəsində Erediviziya təmsilçisi ilə ikiillik müqavilə imzalayan futbolçu klub rəhbərliyi ilə apardığı danışıqlardan sonra bu addımı atıb. Emre Mor səhhətində yaranan problemləri nəzərə alaraq, hazırda əsas diqqətini sağlamlığına və şəxsi rifahına yönəltmək istədiyini bildirib.

Futbolçu qərarı ilə bağlı açıqlamasında peşəkar idmanın uşaqlıq arzusu olduğunu, lakin son dövrlərdə yaşadığı sağlamlıq çətinliklərinin onu bu barədə düşünməyə vadar etdiyini söyləyib. O, fiziki imkanlarının sərhədlərini nəzərə alaraq özünə vaxt ayırmağın vacibliyini vurğulayıb.

Qeyd edək ki, Emre Mor karyerası ərzində Almaniyanın "Borussiya" (Dortmund), Türkiyənin "Qalatasaray" və "Fənərbağça" klublarında çıxış edib. O, Türkiyə millisinin formasını da geyinib.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.