Maraqlı

Elektromobil idarə edənlərə batareya ilə bağlı qızıl məsləhət - (Video)

24 Noyabr 2026 01:01
Baxış: 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Elektromobillərə maraq artdıqca onların ən vacib və bahalı hissələrindən biri olan batareyaların istismar müddəti və dəyişdirilməsi məsələsi də aktuallaşır. Batareyaların dəyişdirilməsi sürücülərə 5 min dollardan baha başa gəlir.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, mütəxəssislərin sözlərinə görə, batareyaların sıradan çıxmasına bir neçə amil təsir edir. Bunların arasında həddindən artıq qızma, düzgün şarj edilməmə və nəmlik xüsusi yer tutur.

Mütəxəssis deyir ki, batareyanın istismar müddətin istifadə və şarj qaydasından da asılıdır. Onun fikrincə, ev şəraitində daha yavaş şarj batareyanın ömrünə müsbət təsir göstərə bilər. Sürətli enerji doldurma isə batareyanın daha tez köhnəlməsinə səbəb olur.

Digər problem isə istifadəyə yararsız batareyaların utilizasiyası ilə bağlıdır. Ustanın sözlərinə görə, bu sahədə lazımi mexanizmlərin olmaması köhnə batareyaların düzgün şəkildə utilizasiyasını çətinləşdirir.

Usta elektromobil sahiblərinə batareyanın uzunömürlülüyü üçün sürətli şarjdan mümkün qədər az istifadə etməyi məsləhət görür.

Daha ətraflı videomaterialı təqdim edirik.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.