Dünya

“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı

23 Noyabr 2026 22:37
Baxış: 90
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

ABŞ-nin texnologiya nəhəngi "Nvidia"nın həmtəsisçisi Censen Huanqın yenidən baş icraçı direktor vəzifəsinə qaytarılmasından sonra şirkətin səhmləri 31 faizdən çox bahalaşıb.

Milli.Az xəbər verir ki, bildirilib ki, qərar ABŞ fond bazarına da müsbət təsir göstərib. "Nasdaq" indeksi təxminən 6 faiz, "S&P 500" isə 4 faiz yüksəlib. Huanqın vəzifəsinə qayıtması kriptovalyuta bazarında da artımla müşayiət olunub. Bitkoinin qiyməti 6 faiz bahalaşaraq 64,3 min dollara çatıb.

Xatırladaq ki, Huanq noyabrın 12-də nikahdankənar münasibətləri, o cümlədən Çin kəşfiyyatı ilə əlaqədə şübhəli bilinən qadınla münasibəti barədə iddialardan sonra istefa vermişdi. Pekin həmin ittihamları rədd edib.

Bu gün isə "Nvidia"nın Direktorlar Şurası ABŞ rəsmiləri ilə məsləhətləşmələrdən sonra Huanqın vəzifəsinə qaytarılması barədə yekdilliklə qərar qəbul edib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.