Hadisə

Qatarlara daş atanlarla bağlı rəqəmlər açıqlandı - Əksəriyyəti azyaşlılardır

23 Noyabr 2026 17:40
Baxış: 103
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bu ilin yanvar-oktyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) məxsus hərəkətdə olan sərnişin qatarlarına 26 dəfə daş atılması halı qeydə alınıb.

Milli.Az bu barədə ADY-yə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə 40 %-ə yaxın azalma olsa da, hədəf tamamilə təhlükəsiz nəqliyyat sistemidir.

Aşkarlanmış faktlarla bağlı Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat verilib və hər bir faktla bağlı müvafiq araşdırma aparılıb.

"Qatarlara daş atanların əsasən azyaşlılar olduğunu nəzərə alaraq, ADY valideynləri uşaqları bu barədə mütəmadi maarifləndirməyə çağırır. Bir daha xatırladırıq ki, dövlət əmlakı hesab edilən qatarlara daş atmaq cinayətdir", - məlumatda qeyd olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.