Hadisə

Toy karvanında avtoşluq edən sürücü həbs edildi

23 Noyabr 2026 16:58
Baxış: 111
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xaçmazda polis tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində toy karvanında avtoxuliqanlıq hərəkətləri törədən və həmin görüntüləri sosial şəbəkə hesablarında yayan VAZ-2107 markalı avtomobilin sürücüsü, H.Məmmədov müəyyən edilərək saxlanılıb.

Milli.Az xəbər verir ki, həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə təqdim edilib.

Qərara əsasən, H.Məmmədovun nəqliyyat vasitələrini idarəetmə hüquqü məhdudlaşdırılıb və o, inzibati qaydada həbs olunub.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.