Hadisə

Yardımlı İcra Hakimiyyətində saxlanılan şəxslərlə bağlı yeni qərar

23 Noyabr 2026 16:27
Baxış: 174
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yardımlı Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan vəzifəli şəxslərin istintaqı yekunlaşıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Yardımlı rayon Məhkəməsinə təqdim olunub.

İş üzrə məhkəmə iclası yaxın zamanlarda başlayacaq.

Kriminalİcra hakimiyyətində əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərlə bağlı QƏRAR VERİLDİ

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin bu ilin aprelində həyata keçirdiyi əməliyyat nəticəsində Yardımlı Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Mirzəyev və baş məsləhətçi Yaşar Eyvazov saxlanılıb.

Onlara və İcra Hakimiyyətinin Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin müdiri Namiq Səfərova Cinayət Məcəlləsinin 312-1.1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə - nüfuz alveri) maddəsi üzrə ittiham irəli sürülüb.

Məhkəmənin qərarı ilə Elçin Mirzəyev və Yaşar Eyvazov barəsində həbs qətimkan tədbiri seçilib. Namiq Səfərovun isə polis nəzarəti altında olduğu bildirilir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.