Fürsətçi…- Yunus Oğuz yazır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İşə təzəcə gəlmişdim ki, qapı döyüldü. "Gəlin" deyəndən sonra içəri otuz-otuz beş yaşlı, üzü təraş edilmiş (indiki gənclərin çoxu tənbəllikdən üzlərini qırxmırlar ki, bəs indi belə dəbdir) gənc daxil oldu.
-Müəllim, olar!
Müəllim olmasam da, "buyurun, əyləşin" dedim. Gənc əyləşdi. Hiss etdim ki, bunun dərdi işsizlik, təqaüd dərdi deyil. Geyimi-kecimi yerində idi. Aşıqlar demişkən, bunun dərdi alayıdır.
Oturan kimi üyüdüb tökdü:
-Müəllim, mən ZAQS-dan (evlilik şəhadətnaməsi verilən qurumu nəzərdə tutur) şikayətçiyəm.
Soruşdum:
-Neyləyib sənə, toyuna icazə vermir, ya nədir?
Gənc guya utanırmış kimi cavab verdi:
-Yox, müəllim toyumu etmişəm, subaylarınıza qismət olsun, bir həftədir buz baltası kimi bir oğlum da dünyaya gəlib, problem də bundan sonra başlayıb.
Mənim dərdim oğluma ad qoymaq dərdidir. Ona ad verirəm, ZAQS-da deyirlər, belə ad bizim siyahıda yoxdur.
Maraq məni bürüdü, çünki redaksiyaya adqoyma məsələsinə görə çox şikayətlər daxil olurdu.
-AdI ilə böyüsün, nə ad qoymaq istəyirsən, övladına?
-Cinquş.
Marağım təəccübə çevrildi. Fikirləşdim ki, bəlkə mən səhv eşidirəm.
Dəqiqləşdirmək üçün bir də soruşdum:
-Nə, nə dedin?
Gənc qızıl-qırmızı təkrar etdi:
-Cinquş.
İstədim bir şaqqanaq çəkib güləm, özümdən asılı olmadan quş kimi qıy vurdum... Ciy... cin... qıy... quş..."
Yəqin ki, səsimdən işçilər diksindilər, amma büruzə vermədilər.
Özümü toparlayıb soruşdum:
-Niyə bəs Cinquş?
-Bilirsən müəllim, uşaqların anası danışır ki, dönə-dönə üzr istəyirəm, uşaq bətndən çıxandan sonra elə qışqırıb, elə qışqırıb, elə əl-qol atıb, sanki cin dünyaya gətirib. Düz bir həftədir qısqıra-qışqıra hələ də əl-qol atır. Öz-özümə fikirləşdim ki, böyüyəndə bu gədədən nəsə çıxacaq.
Çörək qazanmaq üçün cin kimi özünü oda vuracaq, közə vuracaq, quş kimi hara gəldi qonacaq. Adı ömrünə uygun olsun deyə qərara aldıq ki, elə "Cinquş" adlandırsaq yaxşı olar.
Sol əlimi alnıma vurub gözlərimi masaya dikib ürəyimdə dedim: "Ayə, gör hansı zəmanəyə gəlib çıxdın, Mirzə? Day bundan o tərəfi yoxdur". Sual verdim:
-Adın nədir, bəy?
-Yanardağ.
-Bəs xanımının?
-Neştər.
Az qaldım odlanım, ancaq başımı qaldırıb onun məsum gözlərinə baxanda başa düşdüm ki, bu gözlərdə cahillik və nadanlıq var.
Yenə səbrimi basıb dedim:
-İndi belə çıxır ki, sən də ömrünü məşələ çevirmisən, Yanardağ kimi gecə-gündüz yanırsan, xanımın da arı kimi hamını sancır. - İstədim deyəm ki, bütün arılar bal(a) vermir, ancaq sancmaqla məşğul olurlar, demədim. - Ə zalım oğlu, zalım, uşaq dünyaya gələndə qışqırar da. Qışqırmırsa, əl-qol atmırsa, deməli ölü doğulub. Bax,- müdrik görkəm aldım, - uşaq ağlayanda, qışqıranda anası neyləyir?
Fikirləşmədən cavab verdi:
-Döşündən süd verir.
-Ay sağ ol, yəni ananın döşündən süd əmir. Elə isə gədənin adını "Əmzik" niyə qoymursan? Özün demişkən cin kimidir. Bir az bicliyi, bir az gicliyi. Böyüyəndə məmur olmağın yolunu tapar. Sonra da dodaqlarını yapışdırar büdcə borusuna, əmdikcə əmər. Hə necədir "Əmzik", yoxsa "Cinquş?" Vallah bizdə bunun başqa anlamı var. Ondansa "Alarvad" qoy. O da cinin...
Sözümü kəsdi.
-Müəllim "Alarvad" keçmir, e, o adda arvad sözü var, tay-tuşu məsxərəyə qoyar.
Baxdım ki, cahil, nadan bunun yanında toya getməlidir. Ciddi-ciddi dedim:
-Onda uşağın adını qoy ya "Fürsət", ya da " Güdükçü". Sən istədiyin işə yarayar.
Gözlərini üzümə dikib, nəsə soruşmaq istədi , amma cəsarət etmədi.
-Bax-dedim-deyirsən ki, istəyirəm övladım cin kim özünü ora-bura vursun, mən yaşadığım həyatı yaşamasın, yüz kişidən biri olsun,eləmi?
-Müəllim, lap elə bil ürəyimi oxudun. Elə mən də bayaqdan bunu demək istəyirəm.
-Hə, lap yaxşı, -onu həvəsləndirdim, -"Güdükçü", "Fürsət" kimi adlar pis deyil. Böyüyəndə "adam" olmaq üçün fürsət gözləyir, lazım olan vəzifəli adamları güdər. Onların vəziyyəti yaxşı olanda "dədəm-anam sənsən" deyər, təndirin qırağında, ocaq başında özünə yer eləyər, gün ağlayar. Hər yerdə sayılar. TV-lərin, saytların, qəzetlərin dilindən düşməz, hörmətli kişilərdən biri olar. Elə ki, bu vəzifəlinin vəzifə ömrü bitər, yəni ayağına daş bağlayıb atarlar quyunun dibinə, o da həmin daşdan da böyüyünü götürüb atar quyunun içinə. Həm də deyər "Di get". Sonra da əlinə balta alıb həmin vəzifəlini gecə-gündüz arxasınca baltalayar. "İt əl çəkir, motal əl çəkmir". Yazıq can verir, o isə uf demədən yenə baltalayır. Bunu ona görə edər ki, güdsün, fürsət düşən kimi yenə bir vəzifəlini girəvələsin. Qazancını əldən verməsin.
Hə necədir bu adlar; "Güdükçü, ya da "Fürsət"?
-Müəllim, yaxşı sözlər danışırsan, bəlkə ehtiyatda başqa adlar da var.
Baxdım ki, bu lap zır nadandır. Dedim:
-Hə bir-iki ad da var. Amma onlar da qoy sonraya qalsın.
Əl çəkmədi.
-Sən o adları söylə, mən gedim arvadla hamısını "optovoy" (topdan) məsləhətləşim.
-Əşi, səndən yaxşı oğlana bu adları ərmağan etməyəcəm ki, halal xoşun olsun, götür apar. İkisini də deyim, gör hansı ağlına batır. "Dibçək", ya da "Parnik" (istixana), ancaq mənasını uzun-uzadı soruşma. Qısa deyim ki, dibcəyin kökü torpağa bağlı olmur, kökü torpağa dəymədiyindən keçmişini, ata-anasını unudur, bəzən onlardan imtina edir, ancaq məmurluğa-zada yarayır, hər yerdə ona yaşıl işıq yandırırlar. Elə İstixana da onun kimi. Bunun fərqli cəhəti ondadır ki, bu uşaq nə gün, nə də soyuq-qar görsün. Onun üçün temperatur eyni olmalıdır. O da çörək qazananlar sırasına aid edilir.
Yanaqdağ gözləmədiyim halda etiraz etdi:
-Yox müəllim, sonuncu bu iki addan imtina edirəm. Ömrümü Yanardağ kimi ona sərf edim, o da sonradan məndən imtina etsin. - Başını buladı, - Yox istəmirəm. Gedim evdə məsləhətləşim.
Təşəkkür edib ayağa durdu, şəhər telefonumu da istədi, verdim.
Üç gündən sonra mənə zəng etdi:
-Salam müəllim,-sevinclə dilləndi, - uşağa sayənizdə ad tapdıq. Razı olmasalar, məhkəməyə verəcəm.
-Hə, nə yaxşı, hansı adın üstündə dayandınız?
Fəxrlə dilləndi:
-Fürsət, dedim zəmanə elə yerə gəlib çatıb ki, onu fövtə verdin, nə əmzik tapacaqsan, nə də cinquşduq eləyə biləcəksən. Ən yaxşısı elə Fürsətdir. Fürsət düşdükcə əmziyi qoyar ağzına bala-bala əmər.... Hə, di sağ ol!
Düd... düd... düd...
Özüm-özümə bircə kəlmə deyə bildim:
-Dəlinə şükür, ilahi!
P.S. Fürsət düşüb bir lətifə yazım;
Azərbaycanlıdan soruşurlar:
-Sən necə varlandın?
Cavab verir:
-Dənizin üstündə körpünü görürsən?
Cavab verirlər ki, yox.
Milyonçu deyir:
-Ay sağ ol, amma olmalı idi.
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırıldı
-
Fürsətçi…- Yunus Oğuz yazır
-
Qatarlara daş atanlarla bağlı rəqəmlər açıqlandı - Əksəriyyəti azyaşlılardır
-
Xətai rayonunda ağac və kollar məhv edildi - 3360 manat ziyan
-
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
-
Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
-
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
-
Sabah bu ərazilərdə külək güclənəcək
-
Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı
-
Melis Sezenin buz meydançasındakı geyimi – Libasını tərs geyinib? - (Video)
-
Toy karvanında avtoşluq edən sürücü həbs edildi
-
82 yaşlı türk aktrisa: "Özümü gözəl hesab etmirəm"
-
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Polkovnik-leytenant “BakuBus”da sürücü işləyir (Video)
-
Hacıqabulda faciə: Şirvan sakini kanalizasiya quyusuna düşərək öldü
-
Yardımlı İcra Hakimiyyətində saxlanılan şəxslərlə bağlı yeni qərar
-
Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Yenilənib/Video)
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
-
Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
-
Xalq artisti: "O rəqsdən sonra vəfat edən oğlumdan üzr istədim"
-
İranda elektrik enerjisi kəsilə bilər - Xəbərdarlıq edildi
-
Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək





