Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanda ərzaq məhsullarının pərakəndə satış qiymətlərinə ticarət əlavəsinin müəyyən edilməsi ilə bağlı təkliflər gündəmə gəlib. Mümkün yanaşmalardan biri süni qiymət artımının qarşısını almaq məqsədilə məhsullara eyni faizlə ticarət əlavəsinin tətbiqidir.
Milli.Az xəbər verir ki, hazırda ölkədə bir sıra məhsul və xidmətlərin qiymətləri dövlət tərəfindən tənzimlənir. Buraya kommunal xidmətlər, ictimai nəqliyyat, yanacaq və əczaçılıq sahələri daxildir. Belə tənzimləmənin əsas məqsədi iqtisadi sabitliyi qorumaq, strateji sahələrə nəzarət etmək və əhalinin sosial rifahını təmin etməkdir.
Baku TV məlumat verir ki, qiymətlərin tənzimlənməsi qlobal bazarlarda xammal və enerji qiymətlərində baş verən dəyişikliklərin daxili bazara təsirini azaltmağa, eləcə də ölkənin bütün bölgələrində, o cümlədən ucqar kəndlərdə məhsul və xidmətlərin eyni qiymətlə əlçatan olmasına imkan yaradır. Lakin ərzaq məhsullarının satışına vahid ticarət əlavəsinin tətbiqi məsələsi birmənalı qarşılanmır. Bildirilir ki, ticarət əlavəsinə məhdudiyyət qoyulması bazar iqtisadiyyatının işləmə mexanizminə və qanunvericiliyə zidd ola bilər. Bununla yanaşı, bazarda hökmran mövqedən istifadə, qiymətlərin razılaşdırılması və rəqabətin məhdudlaşdırılması halları varsa, bu cür pozuntulara qarşı müvafiq tədbirlərin görülməsi zəruridir.
Pərakəndə ticarət sektoru, xüsusilə supermarket və market şəbəkələrinin genişləndiyi bir dövrdə, məhsulların istehlakçılara çatdırılmasında mühüm rol oynayır. Bu sahədə rəqabət qaydalarının pozulması həm sahibkarlara, həm də istehlakçıların hüquqlarına zərər vura bilər.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Xətai rayonunda ağac və kollar məhv edildi - 3360 manat ziyan
-
Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?
-
Yuxular qeydə alınacaq - Film kimi izləyəyəcəyik
-
Salyanda “Aşxana” adlı kafedə nöqsanlar aşkarlanıb
-
Sabah bu ərazilərdə külək güclənəcək
-
Fermerlərə subsidiyaların ödənilməsinə başlanıldı
-
Melis Sezenin buz meydançasındakı geyimi – Libasını tərs geyinib? - (Video)
-
Toy karvanında avtoşluq edən sürücü həbs edildi
-
82 yaşlı türk aktrisa: "Özümü gözəl hesab etmirəm"
-
Azərbaycanda qızılca və suçiçəyi yayılıb? - Son vəziyyət
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Polkovnik-leytenant “BakuBus”da sürücü işləyir (Video)
-
Hacıqabulda faciə: Şirvan sakini kanalizasiya quyusuna düşərək öldü
-
Yardımlı İcra Hakimiyyətində saxlanılan şəxslərlə bağlı yeni qərar
-
Azərbaycanda ən yüksək pensiya bu rayonda verilir
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Yenilənib/Video)
-
“Azərişıq” və “Azərenerji”nin fəaliyyəti araşdırılacaq – Komissiya yaradıldı
-
Avtobus və metroda oturacaq davasına son? - Qaydalar bəlli oldu
-
Xalq artisti: "O rəqsdən sonra vəfat edən oğlumdan üzr istədim"
-
İranda elektrik enerjisi kəsilə bilər - Xəbərdarlıq edildi
-
Banklar kreditlərdən gələcək pulları əvvəlcədən əldə edə biləcək
-
Ermənistanın yeni Konstitusiya layihəsi: 8 mühüm dəyişiklik
-
Prezident İlham Əliyev müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
-
Faiq Ağayevin klipindəki məşhur model illər sonra üzə çıxdı (Foto-Video)





