Cəmiyyət

Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu

23 Noyabr 2026 20:22
Baxış: 150
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Aparat rəhbəri təyin olunub

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müvafiq əmri ilə Elmin İsa oğlu Fərəcov nazirliyin Aparatının rəhbəri vəzifəsinə təyin olunub.

Elmin Fərəcov 1985-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

2002-2007-ci illərdə Milli Aviasiya Akademiyasında Beynəlxalq hüquq ixtisası üzrə ali təhsil alıb.

2011-2016-cı illərdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məsləhətçi-hüquqşünas, 2016-2021-ci illərdə Nazirliyin Məşğulluq və miqrasiya şöbəsinin müdiri, 2021-2023-cü illərdə nazirliyin Məşğulluq və əmək münasibətləri şöbəsinin müdiri vəzifələrində işləyib.

Hazırkı vəzifəsinə qədər Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq və kadr məsələləri şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sosial müdafiə sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.

Ailəlidir, 4 övladı var.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.