Maaşda Bakını üstələyən rayon və şəhər açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu şəhər və rayonların siyahısına Xankəndi şəhəri başçılıq edib. Burada göstərici 1 658,8 manat təşkil edib. Daşkəsən rayonu 1 543,6 manatla ikinci, Bakı şəhəri isə 1 479,4 manatla üçüncü yerdə qərarlaşıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə 2026-cı il oktyabrın 1-nə olan vəziyyətə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə muzdla çalışan işçilərin sayı, orta aylıq nominal əməkhaqqı və qeydiyyata alınmış işsiz şəxslərin sayına dair statistik məlumatlarda bildirilir.
Məlumata əsasən, ölkə üzrə orta aylıq nominal əməkhaqqı 1 172,7 manat olub. Bu göstərici Xankəndidə ölkə ortalamasından 486,1 manat, Daşkəsəndə 370,9 manat, Bakıda isə 306,7 manat yüksəkdir.
Orta aylıq nominal əməkhaqqının ən yüksək olduğu ilk 10 şəhər və rayon aşağıdakı kimidir:
Xankəndi şəhəri - 1 658,8 manat
Daşkəsən rayonu - 1 543,6 manat
Bakı şəhəri - 1 479,4 manat
Şuşa rayonu - 1 144,7 manat
Xocalı rayonu - 1 138,8 manat
Zəngilan rayonu - 1 089,8 manat
Gədəbəy rayonu - 1 023 manat
Sumqayıt şəhəri - 981,6 manat
Naxçıvan şəhəri - 953,9 manat
Şirvan şəhəri - 953 manat.
Siyahıdan görünür ki, paytaxtdan sonra ən yüksək göstəricilər əsasən işğaldan azad edilmiş ərazilərdə yerləşən inzibati vahidlərdə və Daşkəsən rayonunda qeydə alınıb. Bununla belə, həmin ərazilərdə muzdla çalışanların sayı Bakı ilə müqayisədə xeyli azdır. Məsələn, Xankəndidə 1,9 min, Daşkəsəndə 4,7 min, Bakıda isə 1 milyon 4,6 min nəfər muzdla çalışıb.
Digər tərəfdən, orta aylıq nominal əməkhaqqının ən aşağı olduğu ərazilər də məlum olub. Ən aşağı göstərici Qax rayonunda qeydə alınıb - 586,4 manat. Xızı rayonunda bu məbləğ 655,7 manat, Ağstafada 657,1 manat, Balakəndə 659 manat, Ağcabədidə 660,5 manat, Masallıda isə 660,8 manat təşkil edib.
İqtisadi rayonlar üzrə göstəricilərə gəlincə, Bakı şəhəri ayrıca nəzərə alınmadıqda, ən yüksək orta aylıq nominal əməkhaqqı Abşeron-Xızı iqtisadi rayonunda qeydə alınıb - 912,9 manat. Naxçıvan iqtisadi rayonunda bu göstərici 864,5 manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 845,4 manat, Gəncə-Daşkəsən iqtisadi rayonunda 823,5 manat olub.
Qeyd edək ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkə üzrə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər təşkil edib.
2026-cı il oktyabr ayının 1-i vəziyyətinə iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə muzdla çalışan işçilərin və Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı, yanvar-sentyabr ayları üzrə orta aylıq nominal əməkhaqqı
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Melaniya Tramp: Ukrayna ilə bağlı yeni razılaşma üzərində işləyirik
-
Saxta pulu həqiqi puldan necə ayırmaq olar? - (Video)
-
“Nvidia”nın həmtəsisçisi vəzifəsinə qayıtdı, bitkoin bahalaşdı
-
Şəmkirdə parçalanmış meyiti tapılan şəxsin kimliyi məlum olub
-
Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı - (Video)
-
Əməkdar müəllim faciəvi şəkildə öldü
-
"Barselona" Bakıya gəlib - (Video)
-
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzini ziyarət edib - (Foto)
-
Qarabağ Universitetindən tələbələrin davası ilə bağlı açıqlama
-
Sabah Qazaxda qaz kəsiləcək
-
Elmin Fərəcov nazirlikdə Aparat rəhbəri oldu
-
İnterpol iki azərbaycanlı qadını axtarır
-
Sabiq vəzifəli şəxs vəfat etdi
-
Dünyadakı "Barselona" azarkeşləri Bakıda görüşəcək
-
Sabunçuda “Chevrolet” yandı
-
Prodüser Elmir Məhərrəmovun meyiti tapıldı
-
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib - (Video)
-
Qızıl bahalaşdı
-
Maaşda Bakını üstələyən rayon və şəhər açıqlandı
-
Ada Süleymanova ilə qəzada faciəli şəkildə ölən Anar Kərimovun (Fotoları)
-
Ada Süleymanın öldüyü qəzanın təfərrüatı - Yenilənib
-
UEFA “Sabah”ın futbolçusunu diskvalifkasiya etdi
-
“By Fateh Gənclik” restoranının fəaliyyəti məhdudlaşdırıldı
-
Fürsətçi…- Yunus Oğuz yazır





