Poçettinodan “Mançester Yunayted”də sərt qərar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Mançester Yunayted"in baş məşqçisi Maurisio Poçettino komandada məşq rejimini yenidən qurmağa başlayıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, argentinalı çalışdırıcı futbolçuların oyunlardan sonrakı gün istirahət etməsi ənənəsinə son qoyub. Sözügedən qayda onun sələfi Maykl Kerrik tərəfindən tətbiq edilmişdi.
Belə ki, "qırmızı şeytanlar"ın futbolçuları son qarşılaşmadan sonra bərpa məşqlərində iştirak etmək üçün klubun bazasına yollanıblar. Komandanın bəzi üzvləri artıq səhər saat 08:30-da məşqə başlayıblar. Bundan başqa, Poçettino gündəlik hazırlıq prosesinin də daha erkən saatlarda keçirilməsini qərara alıb.
Baş məşqçi bununla kifayətlənməyərək, komandanın fiziki göstəricilərini yaxşılaşdırmaq məqsədilə heyətə yeni mütəxəssis cəlb edib. Yeni yanaşmanın əsas hədəfi futbolçuların yüksək sürətlə oynamaq və qarşılaşmalar ərzində rəqibə davamlı pressinq göstərmək qabiliyyətini artırmaqdır.
Xatırladaq ki, "Mançester Yunayted" son oyununda "Liverpul"a 0:4 hesabı ilə uduzub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Hacı Nihat Əliyev vəfat etdi
-
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
-
Poçettinodan “Mançester Yunayted”də sərt qərar
-
“Babası lütün biri olub, indi onun adına pul yazdırır”
-
Cəlilabadda iki VAZ toqquşdu - Xəsarət alanlar var
-
Sabah Bakı metrosunun iş vaxtı uzadılacaq
-
İspaniyanın məşhur nəşri “Sabah”a geniş məqalə həsr etdi
-
“37 ildir çörək yemirəm, 89 yaşım var"
-
Merve Boluğuru “Mukaddes Yenge”yə bənzətdilər – (Foto)
-
Vəzifəli şəxslərin gəlirləri, biznesi və hədiyyələri yoxlanılacaq
-
Kobaxidzedən Ermənistanın yeni konstitusiya layihəsinə münasibət
-
Bakıda ilk dəfə “Muhteşem Yüzyıl”ın ulduzu Mustafa “Aşk Tesadüfləri Sever 3” filmini CineMastercard-da təqdim edəcək (Video)
-
Safurə dəbdəbəli evindən görüntülər paylaşdı – (Foto)
-
Paşinyan Azərbaycan mahnısını ermənicə paylaşdı - (Video)
-
Xəzərdə güclü külək və 6 metrlik dalğalar gözlənilir - Xəbərdarlıq
-
Top arxasınca qaçan uşağı avtomobil vurdu - (Video)
-
Bir gecədə 34 milyard dollar qazandı - Dünyanın ən varlıları sırasında
-
Saxta pulların üzərindəki bu yazını gizlədirlər - İnsanları belə aldadırlar
-
Ayın 25-də yağış intensivləşəcək, qar yağacaq - Proqnoz ar
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Monteneqronun Baş nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
Azərbaycanlıların ən çox səfər etdiyi ölkələr bəlli oldu
-
3-cü sinif şagirdi vəfat etdi - (Foto)
-
Azərbaycan daha bir beynəlxalq konvensiyaya qoşulur
-
Prezident İlham Əliyev: Dayanıqlı sülh Cənubi Qafqazı mühüm strateji əhəmiyyətə malik məkana çevirib





