Cəmiyyət

“37 ildir çörək yemirəm, 89 yaşım var"

24 Noyabr 2026 14:08
Baxış: 130
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tibb elmləri namizədi Rəşid Mahmudov qidalanma vərdişləri və uzunömürlülüklə bağlı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, o, gündəlik qida rasionundan danışaraq 37 ildir çörək yemədiyini bildirib. Mahmudovun sözlərinə görə, sulu yeməklərdən də yalnız çox az miqdarda istifadə edir. Şirniyyatdan isə uzaq durmağa çalışır.

O, çay içərkən yanında həmişə kiçik bir konfet saxladığını da qeyd edib. Rəşid Mahmudov bu vərdişinin şəkər göstəricilərinin normada qalmasına kömək etdiyini düşündüyünü bildirib.

89 yaşına qədəm qoymağa hazırlaşan mütəxəssis qidalanma ilə bağlı şəxsi təcrübəsini bölüşərək uzun illərdir bu qaydalara əməl etdiyini vurğulayıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.