Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb.
"Hörmətli tədbir iştirakçıları!
Sizi İğdır Universitetinin təşkilatçılığı ilə "İpək Yolunun yenidən dirçəlişi" mövzusuna həsr olunmuş Beynəlxalq Qafqaz Konqresinin işə başlaması münasibətilə səmimi-qəlbdən salamlayıram.
Tarix boyu mühüm ticarət yolları üzərində yerləşən İğdır bu gün də özünün əlverişli mövqeyini qoruyaraq regional əməkdaşlığın inkişafına töhfə verməyə davam edir. İğdırın Naxçıvanla birbaşa qonşuluğu, bölgələr arasında tarixən mövcud olan sıx təmaslar və qarşılıqlı rəğbət qardaş xalqlarımızı bir-birinə daha da yaxınlaşdıraraq Azərbaycan-Türkiyə əməkdaşlığının möhkəmlənməsinə və regional bağlılığa xidmət edir.
Ortaq soy-kökə və qardaşlığa əsaslanan Azərbaycan-Türkiyə münasibətləri tarixi Şuşa Bəyannaməsi ilə ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə qalxdı. Fəxrlə qeyd edə bilərik ki, üstün coğrafi mövqeyi ilə Avropa və Asiya arasında körpü rolunu oynayan ölkələrimizin birgə həyata keçirdiyi nəhəng layihələr Cənubi Qafqazın və ümumilikdə bütün Avrasiya regionunun nəqliyyat, enerji və bağlantı xəritəsini yenidən tərtib etdi.
Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar edilməsi bu regionu beynəlxalq nəqliyyat dəhlizləri və iqtisadi əməkdaşlıq baxımından mühüm strateji əhəmiyyətə malik məkana çevirmişdir. Azərbaycanın təşəbbüsü ilə hazırda reallaşdırılan Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz əlaqəni təmin etməklə yanaşı, Türkiyə ilə birbaşa quru nəqliyyat əlaqələrimizin genişlənməsinə, eyni zamanda, Orta Dəhlizin imkanlarının artırılmasına, beynəlxalq ticarət və logistika əlaqələrinin inkişafına və daha geniş mənada tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcəkdir.
İnanıram ki, Beynəlxalq Qafqaz Konqresi regionumuzun gələcək inkişaf perspektivlərinin, İpək Yolunun bərpası imkanlarının müzakirəsi üçün əhəmiyyətli platforma olacaq, bölgədə sülhün, sabitliyin, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və dayanıqlı inkişafın təmin edilməsinə öz töhfəsini verəcəkdir.
Bütün iştirakçılara səmərəli müzakirələr və tədbirin işinə uğurlar arzulayıram".
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
-
ABŞ senatoru Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı TRIPP layihəsinin işə salınması münasibətilə təbrik edib
-
COP31 çərçivəsində mühüm nəticələr əldə olunub - Yalçın Rəfiyev
-
İtaliyanın xarici işlər naziri Şəhidlər xiyabanını ziyarət edib - (Video)
-
Prezident İlham Əliyev Donald Trampa təşəkkür edib
-
Yeni Azərbaycan Partiyası: dünənin tarixi, bu günün siyasi reallığı və gələcəyin hədəfləri
XƏBƏR LENTİ
-
Bütün sosial ödənişlər bu tarixdə veriləcək - Rəsmi
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
-
TikTok-da valideynlərə yeni imkan: Övladlarının nə etdiyini görə biləcəklər
-
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
-
Kayli Cennerin estetik izləri diqqət çəkdi - (Foto-Video)
-
"Mən oxudum, nə qazandım ki..." - Cəmiyyətdəki düşüncəyə deputatdan etiraz
-
ABŞ-də helikopter qəzası: Ölənlər var
-
İlahiyyat İnstitutunda oxuyan qız tələbələrin sayı açıqlandı
-
DSX-nin əsgəri vəfat etdi
-
"Mehdi" saxlanıldı - (Foto)
-
ABŞ senatoru Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı TRIPP layihəsinin işə salınması münasibətilə təbrik edib
-
Emre Mor futboldan uzaqlaşır: "Ağır qərara gəldim"
-
Alqışlar! Reputasiyanı itirdiniz! - Şirkətlər populyarlıq naminə necə risk edir?
-
Paşinyandan Ermənistanın gələcəyini dəyişəcək qərar - Yeni Konstitusiya layihəsi açıqlandı
-
Nigar Tofiqqızı libası ilə müzakirə yaratdı (Video)
-
Polşada naməlum PUA qəzaya uğradı - Rusiya səfiri çağırılır
-
BDU-da dekan vəzifəsinə müsabiqə elan edildi
-
İstanbulda bələdiyyəyə əməliyyat - 10 nəfər saxlanıldı
-
Bakıda və Cəlilabadda iki piyadanı avtomobil vurub öldürdü
-
Ardadan fransalı futbolçuya maraqlı hədiyyə - (Foto)
-
Ad günündə birlikdə rəqs etmişdilər: Xalq artisti danışmaqda çətinlik çəkdi - (Video)
-
Yeni avtobus svetoforlarında hansı işıq nə deməkdir? - (Foto)
-
Nepalda 5,3 bal gücündə zəlzələ oldu
-
İranda müğənni şallaqlandı - (Foto)





