Bakıda mənzillər bir neçə nəfərə satılıb - 172 nəfər zərər çəkib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bakı şəhərinin Nizami rayonunda "Vesta Construction" MMC tərəfindən aparılan tikinti işləri ilə əlaqədar sökülmüş mənzillərin əvəzində sakinlərə yeni tikilidə mənzillərin uzun müddət ərzində verilməməsi barədə daxil olmuş məlumatlar əsasında Nizami rayon prokurorluğunda araşdırma aparılıb.
Milli.Az xəbər verir ki, toplanmış materiallar üzrə "Vesta Construction" MMC-nin təsisçisi Ceyhun Quliyevin qulluq mövqeyindən istifadə etməklə vətəndaşları mənzil satışı adı ilə aldadaraq təkrarən dələduzluq etməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İbtidai istinaq materiallarına əsasən Ceyhun Quliyev paytaxtın Nizami rayonu ərazisində, Ş.Mirzəyev küçəsində "Vesta Construction" MMC tərəfindən inşa edilmiş "My Home" yaşayış kompleksində mənzil və digər əmlak almaq istəyən şəxslərə əvvəllər başqa şəxslərə satılmış əmlakları satmasına dair yalan vəd verib aldadaraq etibardan sui-istifadə etməklə bu adla xeyli, külli və xüsusilə külli miqdarda pul vəsaitlərini alıb ələ keçirərək dələduzluq edib, maddi ziyan vurmaqla çoxsaylı zərərçəkmiş şəxslərin hüquqlarına və qanuni mənafelərinə, eləcə də dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan zərər vurub.
Ceyhun Quliyevə Cinayət Məcəlləsinin 178.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yenidən ittiham elan edilməklə, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Nizami Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə 172 şəxsin zərərçəkmiş şəxs qismində tanınması təmin edilməklə, ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)
DİGƏR XƏBƏRLƏR
-
Bakıda mənzillər bir neçə nəfərə satılıb - 172 nəfər zərər çəkib
-
Bütün sosial ödənişlər bu tarixdə veriləcək - Rəsmi
-
TikTok-da valideynlərə yeni imkan: Övladlarının nə etdiyini görə biləcəklər
-
"Mən oxudum, nə qazandım ki..." - Cəmiyyətdəki düşüncəyə deputatdan etiraz
-
İlahiyyat İnstitutunda oxuyan qız tələbələrin sayı açıqlandı
-
Alqışlar! Reputasiyanı itirdiniz! - Şirkətlər populyarlıq naminə necə risk edir?
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Monteneqronun Baş nazirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - (Foto)
-
"Mustafa" Bakıya gəlir - (Video)
-
Tanınmış türkiyəli rok ifaçısı öldü
-
Bakıda mənzillər bir neçə nəfərə satılıb - 172 nəfər zərər çəkib
-
Bütün sosial ödənişlər bu tarixdə veriləcək - Rəsmi
-
Prezident İlham Əliyev Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət ünvanlayıb
-
TikTok-da valideynlərə yeni imkan: Övladlarının nə etdiyini görə biləcəklər
-
Cinayətdə şübhəli bilinən 48 nəfər saxlanıldı
-
Kayli Cennerin estetik izləri diqqət çəkdi - (Foto-Video)
-
"Mən oxudum, nə qazandım ki..." - Cəmiyyətdəki düşüncəyə deputatdan etiraz
-
ABŞ-də helikopter qəzası: Ölənlər var
-
İlahiyyat İnstitutunda oxuyan qız tələbələrin sayı açıqlandı
-
DSX-nin əsgəri vəfat etdi
-
"Mehdi" saxlanıldı - (Foto)
-
ABŞ senatoru Prezident İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı TRIPP layihəsinin işə salınması münasibətilə təbrik edib
-
Emre Mor futboldan uzaqlaşır: "Ağır qərara gəldim"
-
Alqışlar! Reputasiyanı itirdiniz! - Şirkətlər populyarlıq naminə necə risk edir?
-
Paşinyandan Ermənistanın gələcəyini dəyişəcək qərar - Yeni Konstitusiya layihəsi açıqlandı
-
Nigar Tofiqqızı libası ilə müzakirə yaratdı (Video)
-
Polşada naməlum PUA qəzaya uğradı - Rusiya səfiri çağırılır
-
BDU-da dekan vəzifəsinə müsabiqə elan edildi
-
İstanbulda bələdiyyəyə əməliyyat - 10 nəfər saxlanıldı
-
Bakıda və Cəlilabadda iki piyadanı avtomobil vurub öldürdü
-
Ardadan fransalı futbolçuya maraqlı hədiyyə - (Foto)





