İdman

"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq

24 Noyabr 2026 17:00
Baxış: 65
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Türkiyənin "Fənərbağça" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda "Şaxtyor"la qarşılaşmada iki əsas futbolçusunun xidmətindən yararlana bilməyəcək.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Marko Asensio və Nathan Ake qarşıdakı görüşdə komandasına kömək edə bilməyəcəklər. Hər iki oyunçunun matçda iştirak etməməsinə səbəb zədələridir.

Qeyd edək ki, "Şaxtyor" - "Fənərbağça" qarşılaşması Londonda yerləşən "Stamford Bric" stadionunda keçiriləcək. Noyabrın 25-dən 26-na keçən gecə baş tutacaq matç Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.