Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan muğamının sehrli sədaları bu dəfə Pakistanın Kəraçi şəhərində - dünyanın müxtəlif guşələrindən sənət adamlarını bir araya gətirən III Dünya Mədəniyyət Festivalında əks-səda doğurub.
Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən, Özbəkistanın mədəniyyət səfiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Sahib Paşazadə və BMM-nin solisti, Əməkdar artist, nağara ifaçısı, Qarabağ Universitetinin baş müəllimi Kamran Kərimov bu mötəbər sənət platformasında ölkəmizi layiqincə təmsil ediblər.
29 oktyabr - 22 noyabr tarixlərində keçirilən Dünya Mədəniyyət Festivalının bağlanışı ərəfəsində, noyabrın 21-də səhnəyə çıxan azərbaycanlı musiqiçilərin ifası əsl musiqi bayramına çevrilib. Həmin gün festivalın musiqi proqramına dünyaca məşhur və sevilən ifaçılar daxil edlib. Azərbaycandan əvvəl səhnədə dünyaca məşhur əlcəzairli ifaçı Farah Baba Ammi və sonra isə Almaniyada yaşayan məşhur pakistanlı sitar ifaçısı Əşrəf Şərif Xan çıxış edib. Üç ölkənin tanınmışsənət ustalarının eyni səhnəni paylaşması musiqinin sərhəd tanımayan birləşdirici gücünü parlaq şəkildə nümayiş etdirib. Tarın ecazkar səsi və nağaranın ritmik ahəngi tamaşaçıları Azərbaycan musiqisinin sehrli dünyasına səyahətə aparıb. Milli musiqi sənətimizin özünəməxsus çalarlarını əks etdirən ifalar festival iştirakçılarının böyük marağına səbəb olub, tamaşaçılar musiqiçilərimizi sürəkli alqışlarla qarşılayıblar.
Xüsusi olaraq qeyd edilməlidir ki, Sahib Paşazadə və Kamran Kərimov bu mötəbər festivala artıq üçüncü dəfə qatılırlar. Bu, Azərbaycan musiqi sənətinə göstərilən beynəlxalq marağın, eləcə dəsənətçilərimizin festivalın nüfuzlu iştirakçıları sırasında yer aldığının göstəricisidir. Festivalın rəsmi internet səhifələrində azərbaycanlı musiqiçilərin çıxışlarına da geniş yer ayrılıb. İfa zamanı lentə alınan video fraqmentlərin paylaşılması, çoxsaylı izləyicilərin bəyənmə vərəyləri Azərbaycan musiqisinin sərhədləri aşan təsir gücünü bir daha nümayiş etdirib.
Xüsusilə qeyd etmək istərdik ki, ötən il Sahib Paşazadə Pakistanın Kəraçi şəhərində keçirilən Dünya Mədəniyyət Festivalında fəxri medala ("İncəsənətə göstrədiyi xidmətlərə görə") layiq görülmüşdü. Medal Əməkdar artistə "Art Council" təşkilatının prezidenti Məhəmməd Əhməd Şah tərəfindən təqdim edilib və tarzən bu mükafata layiq görülən ilk sənətkardır.
Bu il üçüncü dəfə təşkil olunan Dünya Mədəniyyət Festivalı miqyasına və iştirakçı sayına görə diqqətçəkən beynəlxalq sənət hadisəsinəçevrilib. Dünyanın 150 ölkəsindən 1000-dən çox sənət adamının dəvət olunduğu festival musiqi, teatr, rəqs, rəssamlıq, kino və digər yaradıcılıq sahələrini vahid sənət platformasında birləşdirib. Müxtəlif mədəniyyətlərin, ənənələrin və yaradıcılıq üslublarının qovuşduğu bu möhtəşəm tədbir Kəraçini günlər boyu əsl sənət paytaxtına çevirib.
Azərbaycan musiqiçilərinin festival çərçivəsində uğurlu çıxışı bir daha sübut edib ki, muğam yalnız xalqımızın milli-mənəvi sərvəti deyil, həm də dünya mədəniyyətləri arasında körpü yaradan, insanları ortaq duyğular ətrafında birləşdirən universal sənət dilidir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Alyona Əliyeva “İki dünya arasında” adlı sərginin açılışında iştirak edib - (Foto)
-
İki sənət, bir ruh: Rusiyada yaşayan azərbaycanlı vokalçılar III Fidan Hacıyeva Beynəlxalq Opera Festivalında çıxış ediblər - (Foto)
-
Filarmoniyanın Kamera və Orqan Musiqisi Zalında “Kamera Musiqisi Axşamı” adlı konsert keçirilib - (Foto)
-
Qara Qarayevin musiqisi III Beynəlxalq Fidan Hacıyeva Opera Festivalında nəsilləri bir araya gətirib - (Foto)
-
Fərid Hüseynov və Əli Vəliyev “Yeni adlar” layihəsi çərçivəsində çıxış ediblər – (Foto-Video)
XƏBƏR LENTİ
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Məşhur aktyor xanımı Dua Lipanı Nesrin Cavadzadə ilə səhv saldı - (Video)
-
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - (Foto)
-
Diabet xəstələrinə şad xəbər: Yeni təminat qaydaları təsdiqləndi
-
Sürücülər bu hərəkətə görə 50 manat cərimələnəcək
-
Baş həkim işdən azad olundu
-
“Barselona”nın Bakı səfərindən ilk görüntülər yayıldı - (Video)
-
Bakıda 29 yaşlı oğlan küçədə öldü
-
Çinarə Məlikzadənin gizli istedadı üzə çıxdı – (Video)
-
Azərbaycanda gənclərin hərbi hazırlığı ilə bağlı yeni qərar
-
PSJ yeni formasını təqdim etdi
-
Qışda sürücüləri hansı təhlükələr gözləyir? - Əyləc məsafəsi iki dəfə arta bilər
-
Bir gecədə 4 qadınla evlənən ərəb – Üz ifadəsi diqqət çəkdi - (Video)
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmədə hakimdən nə xahiş edib?
-
"Arzulayırdın ki, bütün saytlar yazsın"
-
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
-
Əməkdar artist: “Qızlarım çox istəyir ki, ailə quram" (Video)
-
“Azad Logistik”dən şikayət: Avtomobillər gəlmir, əlavə 1400 dollar istəyirlər - (Foto)
-
Xaricdən ikinci telefon gətirənlər nə qədər gömrük rüsumu ödəyəcək? - Komitədən açıqlama
-
Hacı Nihat Əliyev vəfat etdi





