Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daha 90 ədəd tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir.
İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən yaşayış kompleksində 31 mənzil, Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 31 mənzil və Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 28 mənzil olmaqla, ümumilikdə 90 ədəd yeni, tam təmirli mənzili vətəndaşlara təqdim edir. Yaşayış sahələri 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 445 manatdan başlayır.
Yeni mənzillər 01 dekabr 2026-cı il tarixində, saat 15:00-dan etibarən seçimə təqdim olunacaq. Vətəndaşlar yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.
Müraciətlərin qəbulu və yaşayış sahələrinin seçimi "Mygov" portalında yerləşən "Elektron ipoteka və kredit zəmanət" sistemi üzərindən həyata keçiriləcək. Ərizəçilər müraciətlərini "SİMA İmza"nın biometrik identifikasiya funksionallığı ilə təsdiq edə biləcəklər. Vətəndaşlar "SİMA İmza"nın biometrik identifikasiya üsulunun tətbiqi ilə bağlı təlimatla bu keçid vasitəsilə tanış ola bilərlər.
Eyni zamanda bildiririk ki, hər kəs üçün bərabər seçim imkanının yaradılması məqsədilə imtinalardan formalaşan yaşayış sahələrinin seçimə təqdim edilməsi hər iş günü saat 11:00-dan etibarən elektron sistem tərəfindən həyata keçirilir.
Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi barədə ətraflı məlumatı Fondun rəsmi internet səhifəsindən (www.mcgf.gov.az), "YouTube" kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu), həmçinin "1549" Çağrı Mərkəzi ilə əlaqə saxlamaqla əldə etmək mümkündür.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir
-
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - (Foto)
-
Diabet xəstələrinə şad xəbər: Yeni təminat qaydaları təsdiqləndi
-
Sürücülər bu hərəkətə görə 50 manat cərimələnəcək
-
“Barselona”nın Bakı səfərindən ilk görüntülər yayıldı - (Video)
XƏBƏR LENTİ
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir
-
Azərbaycan muğamı Pakistan səhnəsində böyük rəğbətlə qarşılanıb - (Foto)
-
Məşhur aktyor xanımı Dua Lipanı Nesrin Cavadzadə ilə səhv saldı - (Video)
-
Azərbaycan Vatikan Apostol Arxivi ilə əməkdaşlığın yeni istiqamətlərini müəyyən edən sənəd imzalayıb - (Foto)
-
Diabet xəstələrinə şad xəbər: Yeni təminat qaydaları təsdiqləndi
-
Sürücülər bu hərəkətə görə 50 manat cərimələnəcək
-
Baş həkim işdən azad olundu
-
“Barselona”nın Bakı səfərindən ilk görüntülər yayıldı - (Video)
-
Bakıda 29 yaşlı oğlan küçədə öldü
-
Çinarə Məlikzadənin gizli istedadı üzə çıxdı – (Video)
-
Azərbaycanda gənclərin hərbi hazırlığı ilə bağlı yeni qərar
-
PSJ yeni formasını təqdim etdi
-
Qışda sürücüləri hansı təhlükələr gözləyir? - Əyləc məsafəsi iki dəfə arta bilər
-
Bir gecədə 4 qadınla evlənən ərəb – Üz ifadəsi diqqət çəkdi - (Video)
-
Ramiz Mehdiyevin kürəkəni məhkəmədə hakimdən nə xahiş edib?
-
"Arzulayırdın ki, bütün saytlar yazsın"
-
Türkiyədə sabiq nazir ev dustaqlığına buraxıldı
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
-
Əməkdar artist: “Qızlarım çox istəyir ki, ailə quram" (Video)
-
“Azad Logistik”dən şikayət: Avtomobillər gəlmir, əlavə 1400 dollar istəyirlər - (Foto)
-
Xaricdən ikinci telefon gətirənlər nə qədər gömrük rüsumu ödəyəcək? - Komitədən açıqlama
-
Hacı Nihat Əliyev vəfat etdi





