Maraqlı

Limonların ömrünü uzadan saxlama üsulları

25 Noyabr 2026 05:05
Baxış: 75
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Mətbəxdə tez-tez istifadə olunan limon otaq temperaturunda saxlandıqda tez quruyur, qabığı bərkiyir və şirəsini itirir. Təzə limon həm daha şirəli, həm də yumşaq qabıqlı olur.

Milli.Az xəbər verir ki, limonun dadını və təravətini qorumaq üçün aşağıdakı üsullardan istifadə etmək olar:

Bütöv limonların saxlanması: Limonları mətbəx dəzgahında saxlamaq əvəzinə, hava keçirməyən qabda soyuducuda saxlamaq məsləhətdir - bu halda həftələrlə, hətta bir aya qədər təravətini qoruya bilər. Əgər limonlar hələ yaşıl və tam yetişməmişdirsə, əvvəlcə saralana qədər dəzgahda saxlayıb, sonra hava keçirməyən qabla soyuducuya qoymaq lazımdır.

Yarımçıq limonun qorunması: Kəsilmiş limonun açıq hissəsi soyuducuda tez quruyur. Bunu önləmək üçün kəsilmiş hissəni streç plyonka ilə sıx sarımaq, kiçik hava keçirməyən qaba qoymaq və ya silikon qoruyucu qapaqdan istifadə etmək olar. Belə limon bir neçə gün ərzində istifadə olunmalıdır.

Artıq limon şirəsi: Sıxılmış limon şirəsini bir neçə gün ərzində işlədəcəksinizsə, hava keçirməyən şüşə və ya bankada soyuducuda saxlayın. Daha uzun müddət saxlamaq üçün isə buz qəliblərinə töküb dondurun və donduqdan sonra qapalı qaba yığın.

Limon qabığı rəndəsi: Limonun ətirli xarici qabığını kəsməzdən və sıxmazdan əvvəl rəndələmək daha rahatdır. Təzə rəndələnmiş qabığı kiçik hava keçirməyən qabda dondurucuda saxlayıb lazım olduqda şirniyyat və souslara əlavə etmək mümkündür.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.