Maraqlı

Dəriyə ən faydalı sabun bəlli oldu

25 Noyabr 2026 03:03
Baxış: 85
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Tünd rəngi və özünəməxsus kəskin qoxusu ilə tanınan qatran sabunu həm şəxsi qulluqda, həm də ev təmizliyində müxtəlif məqsədlərlə istifadə olunur.

Milli.Az xəbər verir ki, qatran sabunu yağlı və sızanağa meyilli dərilərdə artıq yağın təmizlənməsinə kömək edir, qara nöqtə və sızanaqların görünüşünün azalmasını dəstəkləyə bilər. Həmçinin təraşdan sonra dərini sakitləşdirmək və tər qoxusunu aradan qaldırmaq üçün tətbiq edilir.

Kəpək və seboreya kimi baş dərisi problemlərinə qarşı köməkçi vasitə kimi istifadə olunur. Saçlarda quruluq yarada biləcəyi üçün yuduqdan sonra saç kremindən istifadə etmək məsləhət görülür.

Parçalardakı çətin ləkələrin çıxarılmasında və mətbəx səthlərinin təmizlənməsində faydalı ola bilir. Kəskin qoxusu səbəbindən həşəratları uzaqlaşdırmaq məqsədilə də işlədilə bilir.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.