Cəmiyyət

Meksikanın dünya şöhrətli Vaskonselos Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə olundu - (Foto)

25 Noyabr 2026 09:17
Baxış: 149
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

2026-cı ilin 24 noyabr tarixində Azərbaycan Respublikasının  Meksikadakı səfiri Seymur Fətəliyev Mexiko şəhərində yerləşən, Latın Amerikası regionunun ən böyük və tanınmış kitabxanalarından biri olan Vaskonselosun direktoru Silviya Alexandre Prado ilə görüşüb və Səfirlik ilə Kitabxana arasında mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə habelə hazırda Meksikada səfərdə olan Hədəf Şirkətlər Qrupunun qurucu direktoru, Azərbaycan Nəşriyyatları Assosiasiyasının (ANAİB) İdarə Heyətinin sədri, yazıçı Şəmil Sadiq də iştirak edib. 

Görüş çərçivəsində Azərbaycanın Meksikadakı Səfirliyinin təşəbbüsü ilə Kitabxanaya əsas etibarilə Heydər Əliyev Fondu tərəfindən nəşr edilmiş Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti mövzusunda, eyni zamanda Azərbaycanın klassik və müasir yazıçılarının əsərlərindən ibarət onlarla kitab hədiyyə olunub. Kitabxana rəhbərliyinin verdiyi məlumata əsasən, əvvəllər Vaskonselosda Azərbaycanla bağlı kitablar olmayıb.  Təqdim edilmiş kitablar artıq Kitabxananın kataloquna daxil edilib. Habelə yaxın zamanda həmin Kitabxanada Azərbaycan guşəsinin yaradılması barədə razılıq əldə edilib. 

Bu il 20 yaşını qeyd edən Vaskonselos özünəməxsus dizaynı iləqısa müddət ərzində Mexiko şəhərinin ən tanınmış  ictimai binalarından birinə çevrilib. Vaskonselos təkcə kitabxana deyil,gündə təqribən 5 min adam qəbul etməklə həm də Meksikanın ən çox ziyarət olunan mədəniyyət ocaqlarından biridir. Kitabxanada eyni zamanda konsertlər, sərgilər, konfranslar, qiraət günləri təşkil olunur. Onun kolleksiyasında 700 mindən çox kitab var. Kitabxana XX əsrin əvvəllərində Meksikanın tanınmış ziyalılarından və yazıçılarından biri, həmçinin Meksika Milli Kitabxanasının direktoru olmuş Xose Vaskonselosun adını daşıyır.

Dünya səviyyəsində tanınmış bu Kitabxanada Azərbaycan guşəsinin yaradılması, ölkəmizlə bağlı mədəni tədbirlərin təşkili, heç şübhəsiz, tariximiz və zəngin mədəni irsimizin Latın Amerikası regionunda tanıdılması baxımından mühüm addım olacaq.

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.