Cəmiyyət

Polşanın nüfuzlu nəşri Azərbaycan və Türkiyənin hərbi sənayəsindəki əməkdaşlığı barədə yazdı

25 Noyabr 2026 09:38
Baxış: 114
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Polşanın müdafiə sənayesi, silahlı qüvvələr, təhlükəsizlik və geosiyasət mövzularına həsr olunmuş ən böyük ixtisaslaşmış xəbər və analitika portalı olan "Defence24" saytında Adam Şverovskinin (Adam Świerkowski) müəllifi olduğu "Roketsan genişlənir: Azərbaycan bazarında güclü təklifə malik türk şirkəti" sərlövhəli məqalə dərc olunmuşdur.

(https://defence24.pl/przemysl/ekspansja-roketsana-turecka-firma-z-mocna-oferta-w-azerbejdzanie). 

Məqalədə Türkiyənin müdafiə sənayesi nəhəngi olan "Roketsan"ın Bakıda keçirilən "ADEX 26" sərgisindəki geniş silah təqdimatı və Azərbaycanda lokal istehsala başlamaq planları təhlil olunur. Şirkət PUA sursatları (MAM-L, MAM-T), tank əleyhinə raketlər (Karaok, OMTAS), antidron sistemləri (PUSU), həmçinin uzaqmənzilli və gəmi əleyhinə raketlər (Khan, ATMACA, ÇAKIR) daxil olmaqla zəngin arsenal nümayiş etdirib. Yazıda əsas strateji məqam kimi "Roketsan"ın Azərbaycanda təsis etdiyi "Azroksan" törəmə müəssisəsi vasitəsilə ilk mərhələdə 122 mm-lik raketlərin lokal istehsalına start verməsi göstərilir. 

Müəllifin fikrincə, bu addım iki ölkə arasındakı hərbi əməkdaşlığın sadəcə silah alqı-satqısı çərçivəsindən çıxaraq texnologiya transferinə və Azərbaycanın yerli müdafiə sənayesi potensialının güclənməsinə yönəldiyini göstərir.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.