Hadisə

Azərbaycanda bu qurum ləğv edildi

25 Noyabr 2026 10:40
Baxış: 179
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti ləğv edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayev qərar imzalayıb.

Qərara əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin "Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin yaradılması haqqında" 2019-cu il 04 noyabr tarixli 411-05/S nömrəli Sərəncamı və "Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" 2019-cu il 08 noyabr tarixli 182-V FR nömrəli Fərmanı ləğv edilib. Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin mülki qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməsi prosesinin aparılması məqsədilə beş gün müddətində Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Arxiv İdarəsinin və Xidmətin nümayəndələrindən ibarət tərkibdə ləğvetmə komissiyasının yaradılması və ləğvetmə prosesinin nəticəsi barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat təqdim edilməsi qərarda öz əksini tapıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.