Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
"Ermənistanın hərbi təcavüzü nəticəsində 1993-cü il aprelin 2-də işğal edilmiş Kəlbəcər rayonu uzun illər ərzində ağır dağıntılara və talana məruz qalmışdır".
Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, işğalçı qüvvələr yaşayış məntəqələrini, sosial infrastrukturu, tarixi-mədəni irs nümunələrini məhv etməklə yanaşı, bölgənin zəngin təbii sərvətlərini də qanunsuz şəkildə mənimsəmişlər. "Kəlbəcər sakinlərinin doğma torpaqlarından zorla çıxarılması, onların uzun müddət məcburi köçkün həyatı yaşamağa məhkum edilməsi Ermənistanın təcavüzkar siyasətinin ən ağır nəticələrindən biri olmuşdur. Bununla yanaşı, beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırma siyasətinin həyata keçirilməsi Ermənistanın öz işğalçılıq niyyətlərindən əl çəkmədiyini göstərirdi. Azərbaycan isə bütün bu illər ərzində ərazi bütövlüyünün bərpası istiqamətində prinsipial mövqeyini qoruyub saxladı. Nəhayət, 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə torpaqlarımızın işğalına son qoydu. Müharibənin gedişində Kəlbəcərin şimal hissəsində strateji yüksəkliklərin nəzarətə götürülməsi rayonun azad olunması baxımından mühüm hərbi əhəmiyyət daşıyırdı. Dövlət başçısının da vurğuladığı kimi, bu addım Ermənistan silahlı qüvvələrinin həmin istiqamətdə hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdırmışdı. Nəticədə 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verildi. Beləliklə, hərbi qüdrətimizin, siyasi iradəmizin və düşünülmüş diplomatik strategiyamızın vəhdəti sayəsində Kəlbəcər də öz əsl sahibinə qovuşdu. Bu gün 25 noyabrın Kəlbəcər şəhəri günü kimi qeyd edilməsi həmin tarixi Qələbənin dövlətçilik yaddaşımızdakı əhəmiyyətini ifadə edir".
Millət vəkili qeyd edib ki, ki, işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Kəlbəcərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri dövlətimizin iqtisadi imkanlarını və strateji inkişaf hədəflərini nümayiş etdirir: "Prezident İlham Əliyevin azad edilmiş ərazilərə mütəmadi səfərləri xüsusi siyasi və mənəvi məna daşıyır. Dövlət başçısının bu səfərləri, həyata keçirilən layihələrlə yerində tanış olması, yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərində iştirakı quruculuq prosesinin dövlət səviyyəsində prioritet istiqamət kimi müəyyənləşdirildiyini təsdiqləyir. Eyni zamanda, bu səfərlər beynəlxalq ictimaiyyətə Azərbaycanın öz suveren ərazilərində bərpa və inkişaf prosesini heç bir kənar müdaxilə olmadan həyata keçirdiyini nümayiş etdirir. Kəlbəcərdə müasir avtomobil yollarının, tunellərin, enerji obyektlərinin və yaşayış məhəllələrinin inşası bölgənin gələcək iqtisadi inkişafı üçün yeni imkanlar yaradır. Xüsusilə rayonun zəngin hidroenergetika potensialının səmərəli istifadəsi istiqamətində görülən işlər diqqətəlayiqdir. Tərtər çayı və onun qolları üzərində yerləşən kiçik su elektrik stansiyalarının yenidən qurulması və yeni enerji obyektlərinin yaradılması Kəlbəcərin ölkəmizin enerji təhlükəsizliyinə töhfəsini artırır. Bununla yanaşı, İstisu mineral sularının istehsalının bərpası, müalicə-istirahət infrastrukturunun yaradılması və turizm imkanlarının genişləndirilməsi rayonun iqtisadi potensialının şaxələndirilməsinə xidmət edir. Bütün bu layihələr bir daha göstərir ki, Kəlbəcərin inkişafı yalnız dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır. Burada müasir şəhərsalma prinsiplərinə əsaslanan, ekoloji tarazlığı qoruyan və əhalinin rahat yaşayışını təmin edən yeni inkişaf modeli formalaşdırılır. Ən mühüm məqam isə doğma yurdlarından illər əvvəl didərgin düşmüş sakinlərin mərhələli şəkildə öz torpaqlarına qayıtmasıdır. Bu proses Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış strategiyasının real nəticələrini əks etdirir" - deyə, Kamaləddin Qafarov fikirlərini tamamlayıb.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto/Video)
XƏBƏR LENTİ
-
Azərbaycanda bu qurum ləğv edildi
-
Hava ilə bağlı son məlumat
-
Brilliant Dadaşova: “Oğlum deyirdi ki, yaxınlaşma mənə...” (Video)
-
Kəlbəcərin inkişafı təkcə dağıdılmış infrastrukturun bərpası ilə məhdudlaşmır - Kamaləddin Qafarov
-
Məşhur quşçuluq şirkətində 400 ton təhlükəli toyuq əti aşkarlanıb - Direktor həbs edildi - (Yenilənib)
-
100 manatlıq dövlət rüsumu 25 manata endirilir - Qərar
-
Qubada “BMW” yoldan çıxaraq parkın hasarına çırpıldı - (Foto)
-
Məşhur aktrisa saxlanıldı
-
Qızılın qiyməti yenidən ucuzlaşdı
-
AZAL “Sərfəli Cümə” kampaniyası elan edir!
-
Elektrikli maşınları kabelsiz şarj edə biləcəyik
-
Polşanın nüfuzlu nəşri Azərbaycan və Türkiyənin hərbi sənayəsindəki əməkdaşlığı barədə yazdı
-
Qubada avtomobilin vurduğu piyada xəstəxanada öldü
-
Mətanət Əsədova: “Böyük səhv edib müğənni olmuşam”
-
Bəlkə də evinizdə var: Bir əsrlik əsginas hərracda 1200 manata satıldı - (Foto)
-
"Brent" ucuzlaşdı
-
Meksikanın dünya şöhrətli Vaskonselos Kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə olundu - (Foto)
-
ÇL: “Real” PSV-ni darmadağın etdi - Nəticələr
-
Bankomatlardakı "Sil" və "İmtina" düymələri arasındakı fərq açıqlandı
-
İzmir küftəsini qurutmadan bişirməyin sirləri
-
Dörd bürcü maliyyə uğuru gözləyir
-
Limonların ömrünü uzadan saxlama üsulları
-
Dəvələrin uzun müddət susuz yaşaya bilməsinin sirri
-
Dəriyə ən faydalı sabun bəlli oldu





