TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
TRIPP layihəsini alqışlayır və qısa müddət ərzində icra edilməsinə ümid edirik.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, dəhlizin giriş və çıxış nöqtələrinin Azərbaycan sərhədində yerləşməsi səbəbindən Azərbaycan tərəfi gedişat barədə müntəzəm məlumatlandırılıb ki, layihənin icrası mümkün olsun və işlər uyğun şəkildə tənzimlənsin:
"Bu təşəbbüsün Azərbaycan üçün əhəmiyyəti iki əsas müstəvidə qiymətləndirilir. Birinci məqam ölkədaxili kontekstlə bağlıdır və Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz gediş-gəliş üçün əlavə imkanlar yaradır. İkinci məqam isə daha geniş regional konteksti əhatə edir. Belə ki, bu marşrut Şərq-Qərb Orta Dəhlizinin yeni qolçusu və istiqaməti kimi çıxış edərək təkcə Ermənistana deyil, bütün regional ölkələrə, o cümlədən Cənubi Qafqaz ölkələrinə əlavə imkanlar və üstünlüklər qazandıracaq".
Nazir əlavə edib ki, paralel olaraq həyata keçirilən digər infrastruktur layihələri də bu prosesi tamamlayır. Bakı-Tbilisi-Qars dəmir yolunun potensialının artırılması üzrə işlərin yekunlaşması nəzərdə tutulur:
"Eyni zamanda, Türkiyədə 224 kilometr uzunluğunda Qars-İğdır-Dilucu dəmir yolu layihəsinin icrasına başlanılıb. Azərbaycan da yeni inşa edilən dəmir yollarını Azərbaycan-Ermənistan sərhədinə yönəldir, həmçinin Naxçıvan Muxtar Respublikasındakı mövcud xəttin keyfiyyətinin artırılması və Türkiyədəki layihələrlə əlaqələndirilməsi istiqamətində işlər aparır.
Bütün bu xətlər birlikdə Şərq-Qərb dəhlizinə əlavə olaraq Cənubi Qafqazın özü üçün geniş vahid dəhliz və yeni bir həlqə formalaşdırır. Həmin həlqə ehtiyacdan asılı olaraq yüklərin marşrutlarını müxtəlif istiqamətlərdə çevik şəkildə dəyişdirməyə imkan verir".
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Əli Əsədov Miloyko Spayiç ilə görüşdü
XƏBƏR LENTİ
-
Şəkərli diabet xəstələri üçün dövlət təminatı genişlənir - Uşaqlar üçün yenilik
-
TRIPP layihəsinin qısa müddətdə icrasına ümid edirik - Ceyhun Bayramov
-
Sabah Cəlilabadda qaz olmayacaq
-
Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək
-
Hikmət Çətin vəfat edib
-
“Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı
-
Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Bakıda tarixi binaya qanunsuz müdaxilə edildi
-
80 yaşlı Ajda Pekkan transparan geyimi ilə diqqət çəkdi (Video)
-
Baş həkimlər işdən azad olundu - (Yenilənib)
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Hacı Nuranın səhhəti pisləşdi: Əməliyyat olunacaq





