Siyasət

Gürcüstan gələn il Azərbaycan və Türkiyə XİN başçılarının görüşünə ev sahibliyi edəcək

24 Noyabr 2026 19:03
Baxış: 70

Gələn il Gürcüstanda Azərbaycan, Gürcüstan, Türkiyə xarici işlər nazirləri görüşəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə birgə mətbuat konfransında çıxışı zamanı deyib.

Gürcü nazir qeyd edib ki, bu formatda keçirilən görüşlər regional əhəmiyyət daşıyır.

"Gürcüstan, Azərbaycan və Türkiyə arasında onilliklərdir strateji tərəfdaşlıq istiqamətləri mövcuddur. Bu, regionumuz üçün vacibdir. Biz bu il İstanbulda üçtərəfli formatda xarici işlər nazirlərinin görüşünü keçirmək imkanı əldə etdik, gələn il isə mənim üçün Gürcüstanda həmkarlarımı qəbul etmək və regional əməkdaşlığın vacib məsələləri üzrə müzakirələrimizi davam etdirmək şərəf olacaq", - deyə nazir bildirib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.