Cəmiyyət

Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)

24 Noyabr 2026 17:36
Baxış: 109
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində yaranan qabarma və çökmələr sürücüləri narahat edən məsələlərdəndir.

Bəs yolun asfalt örtüyünü yeniləməklə bu problemi həll etmək olmazmı?

Problem həqiqətən asfalt örtüyündədir, yoxsa gözlə görünməyən daha ciddi səbəblər var?

Milli.Az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) "Yolun Sözü" rubrikasının yeni buraxılışında süni intellekt əsaslı aparıcı AİDA yolun bu vəziyyətə düşməsinin səbəblərini və problemin aradan qaldırılması üçün hazırlanmış yenidənqurma layihəsini maraqlı görüntülər və qrafik animasiyalarla izah edir.

Bəs yolun dayanıqlığını təmin etmək üçün hansı mühəndislik həlləri nəzərdə tutulur?

Ətraflı videomaterialda: 

Müəllif: Aysel Əkbər (Milli.Az müxbir)

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.