Mədəniyyət

"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)

24 Noyabr 2026 17:07
Baxış: 86
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

21 və 22 noyabr tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində "Muzeydə kino" layihəsi çərçivəsində görkəmli xalçaçı rəssam və alim, Xalq rəssamı Lətif Kərimovun həyat və yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib.

Film sənətkarın zəngin yaradıcılıq irsini, Azərbaycan xalça sənətinin inkişafına verdiyi töhfələri, milli ornament və naxışların öyrənilməsi, qorunması və təbliği istiqamətində həyata keçirdiyi mühüm fəaliyyəti əks etdirib. Nümayiş zamanı tamaşaçılar Lətif Kərimovun sənət dünyası, yaradıcılıq yolu və Azərbaycan xalçaçılığının inkişafında oynadığı əhəmiyyətli rol haqqında daha ətraflı məlumat əldə ediblər.

Filmin nümayişindən sonra iştirakçılar muzeyin "Azərbaycan incəsənət xəzinəsi" adlı daimi ekspozisiyasında nümayiş olunan xalça və digər tikmə nümunələri ilə tanış olub, Azərbaycan tikmə sənətinin bədii xüsusiyyətləri, ornament və naxışların özünəməxsusluğu, eləcə də zəngin ənənələri haqqında məlumat əldə ediblər.

Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.