Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruca Azərbaycan Qiymətləndiricilər Palatası tərəfindən verilmiş töhmət məhkəmə qərarı ilə əsassız hesab edilərək ləğv edilib.
Milli.Az xəbər verir ki, məlumata görə, Vüqar Oruc barəsində verilmiş intizam tənbehi ilə razılaşmayaraq məhkəməyə müraciət edib. Məhkəmə araşdırmasının nəticəsində həmin töhmətin qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul olunub.
Məhkəmə prosesində Vüqar Orucun hüquqlarını tanınmış vəkil, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin rəhbəri Fuad Məmmədov müdafiə edib.
Hazırda AQC üzvü olan və aktiv fəaliyyət göstərən digər 3 şirkət rəhbəri ilə bağlı Palata tərəfindən tətbiq edilmiş əsassız intizam tədbirləri ilə bağlı şikayət üzrə məhkəmə prosesləri davam edir.
Xatırladaq ki, tanınmış iqtisadçı-ekspert, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) fəxri prezidenti və Azərbaycan Standartlaşdırma İnstitutunun Milli Qiymətləndirmə Standartlarının hazırlanması üzrə 54 saylı Texniki Komitəsinin sədri Vüqar Oruc 2022-ci il mayın 20-də AQC-nin rəhbərliyinə seçilib. O, qiymətləndirmə sektorunda institusional tənzimləmənin gücləndirilməsi məqsədilə "Qiymətləndirmə fəaliyyəti haqqında" yeni qanunun qəbulunu və Qiymətləndiricilər Palatasının yaradılması təşəbbüsü ilə sədr seçildiyi hesabat-seçki konfransında çıxış edib. 2023-cü il dekabrın 8-də müvafiq qanun qəbul edilib. 30 dekabr 2023-cü ildə möhtərəm Prezident İlham Əliyev "Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiq edib. Hər il ölkə qiymətləndiriciləri bu günü bayram edir.
2024-cü il dekabrın 16-da isə Palatanın təsis yığıncağı keçirilib. Palatanın təsis yığıncağı zamanı Vüqar Orucun namizədliyi irəli sürülsə də, onun Palatanın rəhbərliyinə seçkilərdə iştirakına imkan verilməyib. Sonrakı dövrdə Palata tərəfindən əsassız olaraq AQC rəhbərliyi və Cəmiyyətin üzvləri ilə bağlı tətbiq olunan intizam tədbirləri, müxtəlif təzyiqlər, inzibati rıçaqlardan istifadə cəhdləri, Azərekspertiza Birliyinin Palatadan xaric edilməsi, sonradan məhkəmənin qərarı ilə yenidən Palatanın reyestrinə qəbul olunması, o cümlədən Vüqar Oruca verilmiş və məhkəmə tərəfindən qanunsuz hesab edilərək ləğv olunan töhmət qiymətləndirmə sektorunda nəzarət mexanizmi həyata keçirən qurumun idarəetmədə ciddi problemlər yaşadığını göstərir.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Bakıda tarixi binaya qanunsuz müdaxilə edildi
XƏBƏR LENTİ
-
Hikmət Çətin vəfat edib
-
“Azərbaycanlı azarkeşlər üçün üzüldüm” - Dambrauskas Yamaldan danışdı
-
Məhkəmə Palata tərəfindən AQC sədrinə verilmiş qanunsuz töhməti ləğv edib
-
“Anarın həmin ad günündə iştirakından xəbərdar idik” - Ailədən açıqlama
-
Prezident İlham Əliyevin sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
-
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirilib - (Foto)
-
Boksçumuz ardıcıl üçüncü dəfə Avropa çempionu oldu
-
Yaşlı professorlar gənc müəllimlərin yolunu kəsir? - Ekspertdən açıqlama
-
Bu marşrutların hərəkət sxemi dəyişdirilir
-
Bakı-Şamaxı yolunda asfalt niyə dalğalanır? - (Video)
-
Bakıda tarixi binaya qanunsuz müdaxilə edildi
-
80 yaşlı Ajda Pekkan transparan geyimi ilə diqqət çəkdi (Video)
-
Baş həkimlər işdən azad olundu - (Yenilənib)
-
"Muzeydə kino" layihəsi çərçivəsində Lətif Kərimovun həyatvə yaradıcılığına həsr olunmuş "İşıqlı ilmələr" sənədli filminin nümayişi keçirilib - (Foto)
-
"Fənərbağça"da 2 futbolçu "Şaxtyor"la oyunu buraxacaq
-
Sabah hava kəskin dəyişəcək: Bakıya yağış, rayonlara qar yağacaq
-
Prezident İlham Əliyev Gürcüstanın Baş nazirinin müavinini qəbul edib - (Foto)
-
Təyyar Bayramovun 50 illik yubileyinə həsr olunmuş konsert keçirilib - (Foto)
-
Mətbuat Şurası mediaya çağırış etdi
-
Hacı Nuranın səhhəti pisləşdi: Əməliyyat olunacaq
-
Güləşçimizə ağır cəza: Qanında qadağan olunmuş maddə tapıldı
-
“Barselona” Bakını dünyaya belə göstərdi - (Video)
-
Daha 90 mənzil satışa çıxarılır: Aylıq ödəniş 445 manatdan başlayır
-
Nazirlikdən əhaliyə xəbərdarlıq: Sabah bu təhlükələr gözlənilir





